Zəng
sifarişi
Hüquqi şəxslər üçün qoşulma və abunə haqqı fiziki şəxslərdə olduğu kimi standartdır.
Abunəçi 159 Məlumat Mərkəzinə zəng etməklə İVR sistemi, saytda şəxsi balans bölməsi vasitəsilə və ya operatorun köməyi ilə balansını yoxlaya bilər.
Internet Onlayn ödəmə, ödəniş terminalları (pay point), Müştəri xidmətləri və diler məntəqələri və ödəniş kartları vasitəsi ilə ödəyə bilərsiniz.
NNTV qoşulma sifarişin daxil olması və qeydə alınmasından sonra abunəçiyə qoşulma haqda vaxtın təyini ilə həyata keçirilir. Müqavilə imzalanaraq abunəçi NNTV xidmətinə qoşulur.
Kanalların yayımında hər hansı bir qüsur və ya digər nasazlıq ortaya çıxarsa, Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşa və ya 159 nömrəsinə müraciət edə bilərsiniz (zəng pulsuzdur). Müraciətiniz qəbul ediləcək və operativ reaksiya göstəriləcək.
Hüquqi şəxslər üçün qoşulma və abunə haqqı fiziki şəxslərdə olduğu kimi standartdır.
NNTV xidməti üzrə texniki servis pulsuzdur.
NNTV set-top box-un qiyməti 45 AZN təşkil edir.
Aksiya müddətləri xaric olmaqla abunəçi tarif paketini istənilən zaman dəyişə bilər.
Tarif paketini dəyişmək üçün abunəçinin balansında seçilmiş tarifə uyğun məbləğ olmalıdır.
Abunəçi Müştəri Xidmətləri Mərkəzinə gələrək müvafiq əraizə yazmalıdır və ya şəxsi kabinetindən dəyişə bilər.
Bütün ödənişlər yalnız Azərbaycan manatı ilə nəğd və yaxud köçürmə yolu ilə qəbul olunur.
www.connect.az saytı və saytda mövcud onlayn çat, 159 Məlumat Mərkəzi, mətbuatda çıxan məlumatlar və müxtəlif sosial şəbəkələr - www.facebook.com/CONNECT.LTD/, www.facebook.com/nntvaz/, www.instagram.com/connect_azerbaijan/, www.instagram.com/nntv_azerbaijan/ səhifələr vasitələri ilə hər bir yenilik təqdim olunur.
Abunəçilər avadanlığın normal işləməsi üçün enerjinin fasiləsiz ötürülməsini təmin edən vasitələrdən (UPS, stabilizator və s.) istifadə etmək tövsiyə olunur.
Şirkətin yayımladığı televiziya kanallarının sayını artırmaq, onların ardıcıllığını dəyişdirmək və texniki zərurət yarandıqda onları əvəz etmək hüququ vardır.
NNTV set top box 6 ay müddətinə zəmanət verilir. Zəmanət müddətində abunəçinin ehtiyatsızlığı səbəbindən xarab olan avadanlığa zəmanət verilmir.
Hazırkı müqavilə “Tərəflər”-in imzaladığı gündən qüvvəyə minir və "Operatorun" lisenziyası dövrünün qüvvədə olduğu müddətdə qüvvədə olmuş hesab edilir.
Abunəçi tərəfindən aylıq abunə haqqının vaxtında ödənilməməsi nəticəsində dayandırılan yayım ödəniş aparıldıqdan sonra 20-30 dəqiqə ərzində bərpa olunur.
Aylıq abunə haqqı aktivetmə günündən hesablanır. Hesablaşma dövrü 1 ay təşkil edir.
NNTV-yə qoşulmaq üçün şirkətə Müştəri Xidmətləri, Diler şəbəkələri və Məlumat Mərkəzi (159), www.connect.az saytında onlayn çat vasitəsilə müraciət edib müqavilə bağlaya bilərsiniz.
NNTV OTT xidmətinə qoşulma pulsuzdur.