Zəng
sifarişi

Tez-tez verilən suallar

İnternet + TV tarifi


Xidmət haqları hüquqi və fiziki şəxslər üçün fərqlidirmi?

Hüquqi şəxslər üçün qoşulma və abunə haqqı fiziki şəxslərdə olduğu kimi standartdır.


Abunəçi balansını (balansında nə qədər pul olmasını) necə yoxlaya bilər?

Abunəçi 159 Məlumat Mərkəzinə zəng etməklə İVR sistemi, saytda şəxsi balans bölməsi vasitəsilə və ya operatorun köməyi ilə balansını yoxlaya bilər.


Xidmət haqqını hansı vasitə ilə ödəyə bilərəm?

Internet Onlayn ödəmə, ödəniş terminalları (pay point), Müştəri xidmətləri və diler məntəqələri və ödəniş kartları vasitəsi ilə ödəyə bilərsiniz.


NNTV xidmətinə qoşulma hansı müddətdə həyata keçirilir?

NNTV qoşulma sifarişin daxil olması və qeydə alınmasından sonra abunəçiyə qoşulma haqda vaxtın təyini ilə həyata keçirilir. Müqavilə imzalanaraq abunəçi NNTV xidmətinə qoşulur.


Hal-hazırda NNTV OTT xidməti abunəçisiyəm. Bir nasazlıq çıxdığı halda hara müraciət etmək lazımdır?

Kanalların yayımında hər hansı bir qüsur və ya digər nasazlıq ortaya çıxarsa, Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşa və ya 159 nömrəsinə müraciət edə bilərsiniz (zəng pulsuzdur). Müraciətiniz qəbul ediləcək və operativ reaksiya göstəriləcək.

Hüquqi şəxslərin qoşulma şərtləri necədir və abunə haqqı nə qədərdir?

Hüquqi şəxslər üçün qoşulma və abunə haqqı fiziki şəxslərdə olduğu kimi standartdır.

Göstərilən texniki servis ödənişlidirmi?

NNTV xidməti üzrə texniki servis pulsuzdur.

Abunəçinin avadanlığı xarab olubsa yeni set tob box-un alınması üçün abunəçi nə qədər ödəniş etməlidir?

NNTV set-top box-un qiyməti 45 AZN təşkil edir.

Abunəçi istədiyi zaman tarif paketini dəyişə bilərmi?

Aksiya müddətləri xaric olmaqla abunəçi tarif paketini istənilən zaman dəyişə bilər.


Tarif dəyişdirilməsi üçün abunəçinin balansında nə qədər ödəniş olmalıdır?

Tarif paketini dəyişmək üçün abunəçinin balansında seçilmiş tarifə uyğun məbləğ olmalıdır.

Tarif paketinin dəyişdirilməsi üçün abunəçi nə etməlidir?

Abunəçi Müştəri Xidmətləri Mərkəzinə gələrək müvafiq əraizə yazmalıdır və ya şəxsi kabinetindən dəyişə bilər.


Ödəniləcək məbləğ hansı valyuta ilə qəbul olunur?

Bütün ödənişlər yalnız Azərbaycan manatı ilə nəğd və yaxud köçürmə yolu ilə qəbul olunur.

Abunəçi harada şirkətlə bağlı yenilikləri əldə edə bilər?

www.connect.az saytı və saytda mövcud onlayn çat, 159 Məlumat Mərkəzi, mətbuatda çıxan məlumatlar və müxtəlif sosial şəbəkələr - www.facebook.com/CONNECT.LTD/, www.facebook.com/nntvaz/, www.instagram.com/connect_azerbaijan/, www.instagram.com/nntv_azerbaijan/ səhifələr vasitələri ilə hər bir yenilik təqdim olunur.

Avadanlığın normal rejimdə işləməsi üçün abunəçilərə nə tövsiyə olunur?

Abunəçilər avadanlığın normal işləməsi üçün enerjinin fasiləsiz ötürülməsini təmin edən vasitələrdən (UPS, stabilizator və s.) istifadə etmək tövsiyə olunur.


Şirkət müqavilənin şərtlərini və əlavələrini birtərəfli qaydada dəyişdirə bilərmi?

Şirkətin yayımladığı televiziya kanallarının sayını artırmaq, onların ardıcıllığını dəyişdirmək və texniki zərurət yarandıqda onları əvəz etmək hüququ vardır.

Avadanlığın zəmanət müddəti nə qədərdir və hansı avadanlıqlar üçün nəzərdə tutulmuşdur?

NNTV set top box 6 ay müddətinə zəmanət verilir. Zəmanət müddətində abunəçinin ehtiyatsızlığı səbəbindən xarab olan avadanlığa zəmanət verilmir.


Müqavilənin müddəti nə qədərdir?

Hazırkı müqavilə “Tərəflər”-in imzaladığı gündən qüvvəyə minir və "Operatorun" lisenziyası dövrünün qüvvədə olduğu müddətdə qüvvədə olmuş hesab edilir.

Ödəniş həyata keçirildikdən sonra hansı müddətdə yayım bərpa olunur?

Abunəçi tərəfindən aylıq abunə haqqının vaxtında ödənilməməsi nəticəsində dayandırılan yayım ödəniş aparıldıqdan sonra 20-30 dəqiqə ərzində bərpa olunur.

Hesablaşma dövrü hansı gündən başlayır?

Aylıq abunə haqqı aktivetmə günündən hesablanır. Hesablaşma dövrü 1 ay təşkil edir.

NNTV-yə qoşulmaq istəyirəm. Bunun üçün nə tələb olunur?

NNTV-yə qoşulmaq üçün şirkətə Müştəri Xidmətləri, Diler şəbəkələri və Məlumat Mərkəzi (159), www.connect.az saytında onlayn çat vasitəsilə müraciət edib müqavilə bağlaya bilərsiniz.

NNTV OTT xidmətinə qoşulmaq neçəyədir?

NNTV OTT xidmətinə qoşulma pulsuzdur.