1. Hansı halda abunəçinin tarifi dəyişdirilə bilər?
Tarif dəyişikliyi üçün abunəçi özü şəxsiyyətini təsdiq edən sənədlə yaxınlaşmalı və mütləq abunəçinin balansı yeni tarif planına uyğun məbləğə çatdırılanadək tamamlanmalıdır.
2. Abunəçi harada şirkətlə bağlı yenilikləri əldə edə bilər?
www.connect.az saytı və saytda mövcud onlayn çat, 159 Məlumat Mərkəzi, mətbuatda çıxan məlumatlar və müxtəlif sosial şəbəkələr - www.facebook.com/CONNECT.LTD/, www.facebook.com/nntvaz/, www.instagram.com/connect_azerbaijan/, www.instagram.com/nntv_azerbaijan/ səhifələr vasitələri ilə hər bir yenilik təqdim olunur.
3. Abunəçi balansını (balansında nə qədər pul olmasını) necə yoxlaya bilər?
Abunəçi 159 Məlumat Mərkəzinə zəng etməklə İVR sistemi vasitəsi ilə və ya operatordan balansını yoxlaya bilər.
4. Abunəçi şəxsi balansını dondura bilərmi?
Fiber optik internetin müvəqqəti dayandırılmasını istədiyi halda yazılı şəkildə müraciət edə bilər. 30 günlük dondurulma 3 AZN, 60 günlük dondurulma 6 AZN, 90 günlük dondurulma isə 10 AZN təşkil edir.
5. Xidmət haqqını hansı vasitə ilə ödəyə bilərəm?
İnternet , ödəniş terminalları (pay point), Müştəri xidmətləri və diler məntəqələri və ödəniş kartları vasitəsi ilə ödəyə bilərsiniz.
6. Ödəniş 1 ay bitəndən sonra aparılmırsa nə baş verir?
Müştərinin balansında vəsait olmadığı halda, xidmət avtomatik dayandırılır və əlavə olaraq 22 gün hesab aktiv saxlanılır. Bu müddət ərzində ödəniş olmadıqda müqavilə ləğv edilir. Təkrar qoşulma haqqı 5 AZN təşkil edir.
7. Müqavilə bağlandıqdan sonra neçə iş günü ərzində qoşulma həyata keçirilir?
Müqavilənin bağlandıqdan sonra 3 (üç) iş günü ərzində həyata keçirilir.
8. Abunəçi qoşulmanın həyata keçirilməsi üçün hansı sənədləri təqdim etməlidir?
Fiber-optik internet xidmətinə qoşulma üçün abunəçi şəxsiyyətini təsdiq edən sənədlə Müştəri Xidmətləri, Diler şəbəkələrinə yaxınlaşmalı və ya Məlumat Mərkəzi (159), www.connect.az saytında onlayn çat vasitəsilə müraciət edib sifariş qoymalıdır.
9. Hesablaşma dövrü hansı gündən başlayır?
Hesablaşma dövrü təhvil-təslim aktı imzalandığı və xidmət aktivləşdiyi gündən etibarən başlayır. Hesablaşma dövrü 1 ay təşkil edir.
- FTTB (Fiber To The Building) binaya qədər fiber optik kabel anlamını verir. Sadə sözlərlə desək, optik lif bizim şəbəkə mərkəzindən yaşadığınız binaya qədər çəkilir, daha sonra Ethernet vasitəsilə (xüsusi naqil istifadə olunmaqla) mənzillərə paylanır.
Aylıq abunə haqqı
Kanal paketini seçin | TV xidməti sayı |
---|
Standart Paket | |
Premium Paket | |
Standart + 4K Paket | |
Premium + 4K Paket |
İnternet sürətini seçin | Sürət (Mbit/s) |
---|
İnternet ADSL |
İnternet Fiber Optik |
Aylıq ödənəcək məbləğ | 0 AZN |
Güzəştli məbləğ | 0 AZN |