26 Oktyabr 2015
“CONNECT” şirkətinin rəsmi internet saytı olan www.connect.az saytında "Şəxsi Kabinet" bölümü yenilənib. Belə ki, görülmüş işlər nəticəsində "Şəxsi Kabinetdə" İnternet xidməti üzrə məlumatlar yenilənib, TV xidməti üzrə bölmə aktiv vəziyyətə gətirilib.
Artıq abunçilər "Şəxsi Kabinetə" daxil olaraq İnternet və TV xidməti üzrə qoşulduqları tarif planı, balans, müqavilə məlumatları, (TV xidmətində kartın və rəqəmsal qəbuledicinin nömrəsi) status, həyata keçirilmiş TV və ya İnternet üzrə ödənişləri və s detalları görə bilərlər.
Eyni zamanda "Şəxsi Kabinet" vasitəsilə abunəçilər adi tarif paketində olan zaman özlərinin tarif paketini digər bir tarif paketinə dəyişə və balansda olan maliyyə vəsaitinə nəzarət edə bilərlər. "Şəxsi kabinetdə" abunəçilər parol dəyişmə bölməsində müvafiq parolu da dəyişə bilərlər.
Abunəçilər "Şəxsi Kabinetə" daxil olmaq üçün müvafiq login və parola malik olmalıdırlar. Bu məlumatı “CONNECT NET” abunəçiləri internet xidməti üzrə şirkətlə bağladıqları müqavilənin son səhifəsindən əldə edə və ya 159 Məlumat Mərkəzinə zəng edib öyrənə bilərlər. “CONNECT TV” xidmətinin abunəçiləri isə müvafiq login və parolu 159 Məlumat Mərkəzindən əldə edə bilərlər.
Aylıq abunə haqqı
Kanal paketini seçin | TV xidməti sayı |
---|
Standart 113 TV Kanal | |
Premium 130 TV Kanal | |
Standart + 4K 124 TV Kanal | |
Premium + 4K 141 TV Kanal |
İnternet sürətini seçin | Sürət (Mbit/s) |
---|
İnternet ADSL |
İnternet Fiber Optik |
Aylıq ödənəcək məbləğ | 0 AZN |
Güzəştli məbləğ | 0 AZN |