Bahar kampaniyası

2013-03-04

TV xidmətinə yeni qoşulan abonentlər üçün: - Kampaniya müddətində “Connect” TV xidmətinə yeni qoşulan abunəçi qoşulduğu tarif planının ilkin aylıq abunə haqqını ödəyir və “159 telekanal (VİP)” paketə 2 ay pulsuz baxır – 54 AZN-lik xidmət hədiyyə olunur. - abunəçinin ödədiyi ilkin aylıq abunə haqqı 3-cü ayın xidməti üçün tutulacaqdır. - bu şərtlər 05 mart - 05 aprel 2013-ci il müddətində abunəçilərlə bağlanan müqaviləyə və aktivləşməyə aiddir. Qeyd: 1 TV qəbuledici komplekti 39 AZN, quraşdırma haqqı 15 AZN, 20 metrdən artıq kabel sərf olunarsa hər metr üçün 0.50 manat əlavə hesablanır. Mövcud TV abonentləri üçün: - 75 telekanal paketlərinin abonentləri 3 aylıq abunə haqqını 1 gün ərzində ödədikdə, 1-ci ay 118 telekanala baxacaqdır. 1 aydan sonra tarif planına uyğun olan telekanallar yayımlanır. - 118 telekanal paketlərinin abonentləri 3 aylıq abunə haqqını 1 gün ərzində ödədikdə, 1-ci ay 159 telekanala baxacaqdır. 1 aydan sonra tarif planına uyğun olan telekanallar yayımlanır. - 159 telekanal paketlərinin abunəçiləri 3 aylıq abunə haqqını 1 gün ərzində ödədikdə 15 gün pulsuz yayım hədiyyə olunur. İnternet abonentləri üçün: - İnternet abonentləri 2 aylıq xidmət haqqını 1 gün ərzində ödədikdə 1-ci ay istifadə etdiyi internet sürətini 1 MBit/saniyə artırılmış formada hədiyyə olaraq alacaqdır (1 MBit/saniyə əvəzinə 2 MBit/saniyə, 2 MBit/saniyə əvəzinə 3 MBit/saniyə və s.) Tel: 159; (012) 5108848


Profilaktik işlər

2012-12-12

Əziz istifadəçilər, 14 dekabr 02:00-dan 07:00-a qədər Connect şirkətinin magistral şəbəkəsində profilaktik işlər aparılacaq. Bu zaman internet xidmətlərinin verilməsində fasilə yarana bilər. Müvəqqəti narahatlığa görə üzr istəyirik.


Connect TV-dən yeni güzəştlər

2012-08-08

İndi Connect TV-dən eyni məkan üçün 2 Televiziya xidməti alana aylıq abunə haqqında 20 % güzəşt, 3 və ya daha çox Televiziya xidməti alana isə 30 % güzəşt olunacaq. Əlavə məlumat üçün 159 nömrəsinə zəng edin.


Pulsuz qoşulma

2012-07-24

Artıq ADSL İnternet xidmətinə qoşulma pulsuzdur. Abunəçi xidmətdən imtina edərsə sonradan təkrar qoşulmaq üçün 5 manat ödəməli olacaqdır.


1 ay pulsuz xidmət

2012-07-24

Abunəçi TV xidmətinin 6 aylıq və daha çox müddət üçün abunə haqlarını (bir gün ərzində) ödədikdə əlavə 1 aylıq pulsuz xidmət qazanır.


Güzəştli TV + İnternet xidməti

2012-07-24

Mövcud internet abunəçilərimiz TV xidmətimizə qoşulduğu halda TV xidmətinin aylıq abunə haqqına 50 % güzəşt:

“İnternet + TK-75 - 4 manat
“İnternet + TK-118 - 9 manat
“İnternet + TK-159 - 13 manat



TV qəbuledici avadanlığının və xidmətinin kreditlə satışı

2012-07-24

Avadanlığın qiyməti 49 manat 7 ay ərzində 7 manatdan ödənilir.
İlk 3 ay ərzində hər bir ay üçün aylıq abunə haqqı 75 kanala görə 7 manat, 118 kanala görə 15 manat, 159 kanala görə 20 manat müəyyən olunur.
Tarif planları:

75 telekanal - Kredit
118 telekanal – Kredit
159 telekanal (VİP) – Kredit



Connect-dən sürət payı

2012-06-25

26 iyun - 1 iyul tarixləri arasında Connect-in ADSL xidmətinə yeni qoşulan o cümlədən mövcud abunəçilər internetdən limitsiz sürətlə istifadə edə biləcəklər.


Connect "Yay kampaniyası"-na başladı!

2012-06-18

Cəmi 39 Azn ödəməklə Connect Tv-yə qoşulub və 1 ay PULSUZ 159 kanala baxa bilərsiniz! İnternet xidmətinə isə PULSUZ qoşulub,seçdiyiniz tarif paketindən əlavə 1 ay 1 Mb/san hədiyyə qazana bilərsiniz. Bundan əlavə, mövcud və iki ay öncədən ödəniş edən abunəçilər əlavə 1 Mbit/s əldə edəcəklər. Tel: 159


BU YAY “CONNECT”-lə Səyahət et!

2012-04-30

01 iyun 2012-ci il tarixədək “CONNECT”-ə qoşulun və ya 3 aylıq abunə haqqını ödəyin –  Türkiyənin Bodrum, Antalya, Kəmər, Azərbaycanın Qəbələ, Qax, Nabran, Quba və Şəki istirahət mərkəzlərinə səyahət, mobil telefonlar və çoxlu sayda digər qiymətli HƏDİYYƏLƏR Sizin olsun!


"Uduşlu Oyun" kampaniyasının nəticələri

2012-03-23

8 mart 2012-ci tarixində keçirilmiş "Uduşlu Oyun" kampaniyasında qalib gəlmiş müqavilələrin siyahısına buradan baxa bilərsiniz.


Hörmətli abunəçilər!

2012-03-20

Sizin rahatlığınız üçün Müştəri Xidmətləri ofislərimiz bayram günləri aşağıdakı qrafik üzrə işləyəcək:

Telefon mərkəzi 159
İnfo operatorlar
21,22,23 v ə 24 Mart-10.00 –dan saat 18.00 qədər
25 Mart-İstirahət günü(bazar günü)

Ön masalar
Zivərbəy Əhmədbəyov küç., 2( Nizami metrosu )
21 Mart-saat 9.00-dan 15.00-a kimi
22,23 v ə 24 Mart - 9.00 –dan saat 18.00 qədər
25 Mart-İstirahət günü(bazar günü)

Şüvəlan qəsəbəsi, A.İldırım küç., 21
21 Mart- İstirahət günü
22,23 v ə 24 Mart - 10.00 –dan saat 17.00 qədər
25 Mart-İstirahət günü(bazar günü)

Hövsan qəsəbəsi, E.Qasımov küç., 15A
20 Mart- 26 Mart qədər - iş günləri deyil

Life Centre (Nərimanov metrosu)
21 Mart- İstirahət günü
22,23 v ə 24 Mart - 10.00 –dan saat 17.00 qədər
25 Mart-İstirahət günü(bazar günü)


Hörmətli abunəçilər!

2012-01-13

20 yanvar tarixində gecə saat 01:45-dən axşam saat 18:00-a kimi TV kanallarda profilaktik iş aparılacaq, bununla əlaqədar olaraq C1/C2 kanallarının o cümlədən musiqili və əyləncəli proqramların yayımı dayandırılacaq.


Bayram günləri iş rejimi

2011-12-31

Sizin rahatlığınız üçün Müştəri Xidmətləri ofislərimiz
bayram günləri aşağıdakı qrafik üzrə işləyəcək:

Telefon mərkəzi 159

İnfo operatorlar

31 dekabr-saat 15.00 qədər

1 Yanvar-İstirahət günü(bazar günü)

2,3 və 4 Yanvar-10.00 –dan saat 18.00 qədər

Texniki operatorlar

31 dekabr-20.00 qədər

1 Yanvar-13.00-dan

Diğər günləri-adi grafiklə

Ön masalar

Zivərbəy Əhmədbəyov küç., 2( Nizami metrosu )

31 Dekabr-saat 9.00-dan 15.00-a kimi

1 Yanvar-İstirahət günü(bazar günü)

2,3 və 4 Yanvar - saat 09.00-dan 18.00-a kimi

Şüvəlan qəsəbəsi, A.İldırım küç., 21

31 Dekabr-saat 9.00-dan 15.00-a kimi

1 Yanvar-İstirahət günü(bazar günü)

2 və 4 Yanvar - saat 10.00-dan 18.00-a kimi

3 Yanvar-istirahət günü

Hövsan qəsəbəsi, E.Qasımov küç., 15A

31 Dekabrdan 5 Yanvara qədər - iş günləri deyil

Life Centre (Nərimanov metrosu)

31 Dekabr-saat 9.00-dan 15.00-a kimi

1 Yanvar-İstirahət günü(bazar günü)

2 və 4 Yanvar - saat 10.00-dan 18.00-a kimi

3 Yanvar-istirahət günü



CONNECT-Hədiyyə dolu “Qış kampaniyası”-na start verdi!

2011-12-14

Kampaniya dekabrın 15-dən yanvarın 15-dək davam edəcək.

Kampaniyada  rəqəmsal televiziya və internet xidmətlərinə xüsusi güzəştlər olunub.

CONNECT TV – Bakı, Sumqayıt şəhərlərində və ümumilikdə Abşeron yarımadasında yayımlanan rəqəmsal efir-kabel televiziyasıdır. 

Kampaniya müddətində: TV

- CONNECT  TV - yə 36 manata qoşulan hər kəsə VİP 159 kanal (27 manat) 1 ay pulsuz!

- Balansına 50 azn yüklə - CONNECT-dən hədiyyə olaraq 1 ay VİP paket (159 kanal) izləmək imkanı qazan!

2012-ci ildən HD və 3D kanallar yayımlanacaq! (tezliklə)

Kampaniya müddətində: ADSL

 3 aylıq abunə haqqını əvvəlcədən ödəyən hər yeni abunəçiyə Modem CONNECT-dən hədiyyə,

6 aylıq abunə haqqını əvvəlcədən ödəyən hər yeni abunəçiyə WI-FI Modem CONNECTdən hədiyyə, qoşulma sadəcə 5 manat! 

- 1 Mbit/saniyə və yuxarı sürətli Tarif planlarına qoşulan və modemi olan abunəçilər üçün qoşulma xərci CONNECT-dən hədiyyə!

CONNECT- SİZİ QOŞUR DÜNYAYA!

Məlumat Mərkəzi 159  

E-mail: connect@connect.az;

www.connect.az



Hörmətli abunəçilər!

2011-11-05

Qurban bayramı ilə əlaqədar olaraq 6-9 oktyabr tarixlərində CONNECT TV abunəçiləri üçün 159 kanal hamısı açıq yayımda olacaq.


Sizin rahatlığınız üçün Müştəri Xidmətləri ofislərimiz noyabrın 7,8 və 9-u aşağıdakı qrafik üzrə işləyəcək:

2011-11-05

Zivərbəy Əhmədbəyov küç., 2(Nizami metrosu)
7,8 və 9 noyabr - saat 10.00-dan 18.00-a kimi

Şüvəlan qəsəbəsi, A.İldırım küç., 21
7 noyabr - - iş günü deyil
8 və 9 noyabr - saat 10.00-dan 18.00-a kimi

Hövsan qəsəbəsi, E.Qasımov küç., 15A
7,8 və 9 noyabr  - iş günləri deyil Life Centre (Nərimanov metrosu)
7 noyabr - iş günü deyil
8 və 9 noyabr - saat 10.00-dan 18.00-a kimiTelefon Mərkəzi-159 (Məlumat şöbəsi)7,8 və 9 noyabr-  saat 10.00-dan 17.00-a kimi



Hörmətli Konnekt abunəçiləri!

2011-11-05

Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirik, hamınıza ən səmimi arzu və diləklərimizi yetiririk


Yeni kampaniya!

2011-09-20

Ölkənin ən öndə gedən ADSL-internet və TV-xidmətləri  provayderlərindən biri olan  "CONNECT" şirkəti "PAYIZ KAMPANİYASI"-na start verdi.Kampaniya sentyabrın 20-dən oktyabrın 20-nə qədər davam edəcək. Kampaniyada  internet və rəqəmsal televiziya xidmətlərinə endirimlər olunub.Hər yeni  CONNECT ADSL  abunəçisi  üçün internetə qoşulma pulsuz və 1 ay hədiyyə. Hər yeni CONNECT TV abunəçisi üçün quraşdırma və avadanlıq haqqı yox, cəmi 39 manata qoşula bilərlər

    İnternet xidmətinin tarif planları:                              TV xidmətinin tarif planları:

    512 Kbit/san - 15 Azn                                                   75 kanal paketi-9 Azn

    2 Mbit/san-20 Azn                                                        118 kanal paketi-18 Azn

    3 Mbit/san-30 Azn                                                         VİP paket (159 kanal)-27 Azn

    4 Mbit/san-40 Azn                                                  

    5 Mbit/san-60 Azn

    8 Mbit/san-80 Azn

    10 Mbit/san-250 Azn

Əlaqə saxlamaq üçün 159 nömrəsinə zəng edin və www.connect.az saytına daxil olun.


Hörmətli abunəçilər!

2011-08-28

Sizin rahatlığınız üçün Müştəri Xidmətləri ofislərimiz avqustun 29-u və 30-da aşağıdakı qrafik üzrə işləyəcək:

Zivərbəy Əhmədbəyov küç., 2(Nizami metrosu)
29 və 30 avqust - saat 10.00-dan 18.00-a kimi


Şüvəlan qəsəbəsi, A.İldırım küç., 21
29 avqust - - iş günü deyil
30 avqust - saat 10.00-dan 18.00-a kimi

Hövsan qəsəbəsi, E.Qasımov küç., 15A
29 və 30 avqust - iş günləri deyil 

Life Centre (Nərimanov metrosu)
29 avqust - - iş günü deyil
30 avqust - saat 10.00-dan 18.00-a kimi



Hörmətli abunəçilər!

2011-08-28

"CONNECT" şirkəti Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir! Sizə xoşbəxtlik və əmin-amanlıq arzulayırıq! Allah rəhmini və mərhəmətini sizdən əskik etməsin!


493/498/598 və 492/497/437 ATS-lərində Rekonstruksiya aparılır.

2011-08-24

493/498/598 və 492/497/437 ATS-lərinində rekonstruksiya aparılır. O səbəbdən İnternet xidmətini (DSL siqnalın) itməsi baş verə bilər. Xahiş edirik uzun müddətli İnternetin itməsi halda dərhal Texniki Dəstək operatoruna tel: 159 və ya elektron poçt vasitəsi ilə support@connect.az xəbər verəsiniz. Yalnız bu halda balansınız müvəqqəti "dondurulacaq", ki pul xərclənməsin.


Connect Abunəçilərin Nəzərinə!

2011-08-21

Artıq Nizami Müştəri Xidmətləri yeni ünvanda!

Zivər bəy Əhmədbəyov küç. - 2, keç.Qubanov küç.( Nizami metrosu,Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin arxasında)


YAY FÜRSƏTİ

2011-06-05

39 AZN ÖDƏ,

P U L S U Z

159 KANAL QAZAN!!!


KONNEKTİ  SEVƏNLƏR ÜÇÜN


* Kampaniya iyunun 5-dən iyunun 30-dək qüvvədədir.

Şərtləri

Cəmi 39 azn ödə, həm qoşul, həm də 1 ay ərzində 159 kanala (VİP paket) pulsuz baxmaq imkanı əldə et.

 


YAY FÜRSƏTİ


BİZİMLƏ OL!

DAHA SÜRƏTLİ OL!

YENİ VƏ KÖHNƏ DOSTLARA AÇIQ YOL!!!

* Kampaniya iyunun 5-dən iyunun 30-dək qüvvədədir.

Şərtləri

Mövcud abunəçilər

2 aylıq abunə haqqını əvvəl ödəyərək, 1 aylıq + 1 Mb sürət əldə edirlər. (yalnız 1, 2, 3 Mb istifadəçiləri üçün)

Yeni qoşulanlar

iyunun 5-dən iyunun 30-dək ADSL-ə qoşulan hər yeni abunəçi 1 aylıq + 1 Mb sürət əldə edir.


28 may - Respublika günüdür!

2011-05-28

«CONNECT» şirkəti Azərbaycan xalqını 28 may - Respublika Günü münasibətilə təbrik edir və xoşbəxtlik, can sağlığı və inkişaf arzulayır!


CONNECT! İNDİ DƏ SUMQAYITDA!

2011-04-05

CONNECT şirkəti əhatə dairəsini genişləndirdi. Artıq yüksəksürətli ADSL-internet və efir-kabel televiziyası xidmətlərinə Sumqayıt şəhərində də qoşulmaq olar.
Müqavilə bağlamaq və ya ödəniş etmək üçün Sumqayıt şəh., N.Nərimanov küç., 29 (bazarın yanı) ünvanında yerləşən yeni ofisimizə müraciət edin. Tel.: 159 (zəng pulsuzdur).
Yeni ofis həftədə 6 gün, saat 10:00-dan 19:00-dək işləyir.


Hörmətli Abonentlər!

2011-03-18

Conneсt şirkəti qarşıdan gələn Novruz bayramı münasibətilə bütün Abonentlərini təbrik edir, Sizlərə bahar təravətli bayram günləri arzulayaraq sürpriz edir və bayram ərzində (18.03.2011- 27.03.2011) bütün yayımlarının açıq şəkildə aparılmasını qərarlaşdırır.


Hörmətli abunəçilər!

2011-03-18

Türk kanallarının yayım keyfiyyətinin artırılması məqsədilə, ATV Türkiyə və Mədəniyyət Azərbaycan telekanallarının yeri dəyişdirilib. Kanal siyahılarının bərpası üçün tezlikləri yenidən scan etməniz tələb olunur.


Hörmətli Abunəçilər!

2011-03-18

Connect şirkəti qarşıdan gələn Novruz bayramı münasibətilə bütün abunəçiləri təbrik edir, Sizlərin bayram günlərini yüksək əhval rühiyyədə keçirməsi qayğısına qalaraq, 15.03.2011- 31.03.2011 tarixlərində CONNECT TV1 və CONNECT TV2 kanallarının şifrəsiz açıq yayımlanmasını qərarlaşdırır.


Hörmətli abunəçilər!

2011-02-25

Nəzərinizə çatdırırıq ki, Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar 26 fevral 00:00-dan 27 fevral 00:00-dək bütün musiqili və əyləncəli telekanallar söndürüləcək.


Hörmətli ADSL abunəçiləri!

2011-02-07

CONNECT şirkəti yeni xidmət təklif edir - şəbəkə oyunları!
Diqqətinizə onlarla müxtəlif şəbəkə oyunu təqdim olunur.Əlavə məlumat üçün forum.connect.az linkinə daxil olun.
Nəzərinizə çatdırırıq ki, sözügedən xidmət test mərhələsində işə salınıb. Yaranan suallar və problemlərlə bağlı fikirlərinizlə burda bölüşə bilərsiz: forum.connect.az.


Hörmətli Abunəçilər!

2011-01-30

Bildiririk ki, qoyulmuş tünerlərə görə olan kredit borclarını 5 fevral tarixinədək ödəməyən abunəçilərin yayımı 5 fevral tarixində ConneсtTV 1, 2 və yerli kanallar da daxil olmaqla dayandırılacaqdır.


Hörmətli abunəçilər!

2011-01-27

Nəzərinizə çatdırırıq ki, CONNECT TV paketlərində AC3 Dolby Digital 5.1 rəsmi yayımı başlayıb.
Qoşulmaq üçün kanalları yenidən "scan" etməli və səsi НТВ+ Кинохит, Премьера, Киноклуб, Киноплюс kanallarında yoxlamalısız.
AC3 səsi, SPDIF (coaxial) girişi varsa, ev kinoteatrında da tənzimlənir. Qoşulma AV-kabel vasitəsilə CONNECT TV tünerindəki SPDIF çıxışdan mümkün olur. Bununla bərabər menyudakı Настройка-Установка-Звук bölümündə PCM II AC3-nin seçildiyini yoxlayın.


Hörmətli abunəçilər!

2011-01-18

20 yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar 20 yanvar saat 00:00-dan 21 yanvar saat 00:00-dək bütün musiqili və əyləncəli kanallar söndürülücəklər.


Hörmətli abunəçilər!

2010-12-27

Nəzərinizə çatdırırıq ki:
- dekabrın 31-i "Müştəri Xidmətləri" ofislərimiz və "Məlumat dəstəyi" şöbəsi (tel.: 159) saat 10:00-dan 17:00-a kimi işləyəcək.
- yanvarın 1-i və 2-si istirahət günləridir.
Yanvarın 3-dən başlayaraq sadalanan "Müştəri Xidmətləri" ofislərimiz və "Məlumat dəstəyi" şöbəsi (tel.: 159) adi rejimdə çalışacaq.


Hörmətli abunəçilər!

2010-12-27

Yeni 2011-ci ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar “CONNECT TV” dekabrın 30-dan yanvarın 4-ə kimi Sizə bütün paketlərini açıq rejimdə izləmək imkanını hədiyyə edir.


Hörmətli abunəçilər!

2010-12-27

"CONNECT" şirkəti bütün həmvətənlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edir!
Qoy Yeni 2011-ci il bütün arzularınızı həyata keçirsin və həyatınıza rəng qatsın!


Hörmətli abunəçilər!

2010-12-15

16 dekabr tarixində saat 07:00-dan 13:00-a kimi profilaktik işlərlə əlaqədar olaraq bütün kanalların yayımı dayandırılacaq.


Hörmətli abunəçilər!

2010-12-10

Ümummilli lider Heydər Əliyevin vəfatının 7-ci ildönümü ilə əlaqədar dekabrın 12-də musiqili və əyləncəli kanalların yayımı bağlanacaq.


CONNECT "Ekspress Qoşulma" diler şəbəkəsini genişləndirir

2010-12-06

Ölkənin aparıcı internet provayderi və efir-kabel televiziyası CONNECT bu günlərdə 2 yeni "CONNECT. Ekspress Qoşulma" diler mərkəzi açıb. Diler mərkəzləri M.Əliyev küç., 152 (Füzuli meydanı, Azərbaycan Dramatik Teatrı ilə üzbəüz) və S.Vurğun küç., 17 ünvanlarında yerləşirlər.

Yeni "CONNECT. Ekspress Qoşulma" diler mərkəzlərində müştərilərə efir-kabel televiziyasına sürətli (24 saat ərzində) qoşulma da daxil olmaqla, tam spektrli xidmətlər göstərilir.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, diler ofislərinin açılmasına səbəb müştərilərin daim və sürətlə artan sayıdır. Məlumatda o da qeyd edilir ki, yeni ofislər abunəçilərin geniş coğrafi əraziyə yayılması səbəbindən bu ünvanlarda açılıb.

"Biz əminik ki, müqaviləni, bizim Müştəri Xidmətləri ofisinə gəlmək üçün vaxt itirmədən, ev və ya ofisin yaxınlığında imzalamaq imkanı abunəçiləri cəlb edəcək" - deyə, şirkət rəsmisi bildirib.

CONNECT şirkəti abunəçilərə maksimal rahatlıq bəxş etmək məqsədilə aktiv iş aparır və yaxın gələcəkdə "CONNECT. Ekspress Qoşulma" mərkəzləri şəhərin bütün hissələrində fəaliyyət göstərəcək.


Hörmətli abunəçilər!

2010-12-03

03.12.2010 tarixində saat 18:00-dan 19:00-dək proflaktik işlər aparılacaqdır. Profilaktik işlər zamanı qısa dayanmalar ola bilər.
Hər hansı bir narahatçılığa görə üzr istəyirik.


Hörmətli abunəçilər!

2010-11-22

20.11.2010 tarixində internetin işində baş vermiş nasazlıq CONNECT-dən asılı olmayan səbəblərdən olmuşdur. Narahatlığa görə üzr istəyirik və bütün ADSL müştərilərimizə əlavə 1 gün pulsuz interneti təzminat qismində hədiyyə edirik.
Bizi başa düşdüyünüzə görə minnətdarıq!


Hörmətli abunəçilər!

2010-11-22

23.11.2010 tarixində profilaktik işlər aparılacaq. Bu səbəbdən İnternet və əlaqəli xidmətlərin göstərilməsində fasilələr yarana bilər.
Narahatlığa görə üzr istəyirik!


Hörmətli abunəçilər!

2010-11-12

Qurban Bayramının gəlişi ilə əlaqədar, 13-17 noyabr tarixlərində "CONNECT TV" Sizə bütün yayım paketlərini açıq yayımda izləmək imkanını hədiyyə edir.


Hörmətli abunəçilər!

2010-11-12

Sizi dünya müsəlmanlarının ən əziz bayramlarından biri olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirik, hər birinizə ən səmimi arzularımızı çatdırırıq!


Hörmətli abunəçilər!

2010-11-08

8-9 noyabr tarixlərində Müştəri Xidmətləri ofislərimiz saat 10:00-dan 19:00-dək işləyəcək.


Hörmətli abunəçilər!

2010-09-23

2010/11 telemövsümünün başlaması və C1, C2 kanallarına marağın artması ilə əlaqədar "CONNECT" şirkəti öz kanallarının formatında dəyişiklik edir.
Oktyabrın 4-dən etibarən С1 Cinema kanalı yeni və klassikaya çevrilmiş filmləri, С2 Serial kanalı isə ən populyar serialları yayımlayacaq.


Hörmətli abunəçilər!

2010-09-17

Kanallarımızın programını çap versiyasında da əldə edə bilərsiniz. İnnən belə, sevdiyiniz verilişlər barədə həftəlik məlumatı "SuperMarket" qəzetini almaqla əldə edirsiz.


Hörmətli abunəçilər!

2010-09-08

Nəzərinizə çatdırırıq ki, yayımladığımız kanalların siyahısı bugündən yenilənib. Kanalların yenilənməsi üçün bu təlimata uyğun hərəkət edin: Меню>Поиск>Начать поиск>ОК.

Sizə ürəyinizcə olan verilişlər arzulayırıq!


Hörmətli abunəçilər!

2010-09-07

"CONNECT" şirkəti Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir! Sizə xoşbəxtlik və əmin-amanlıq arzulayırıq! Allah rəhmini və mərhəmətini Sizdən əskik etməsin!


Hörmətli abunəçilər!

2010-09-07

Ramazan bayramı günlərində, sentyabrın 9-dan 12-ə kimi “CONNECT TV” Sizə bütün kanalları açıq rejimdə izləmək imkanı hədiyyə edir.


Hörmətli abunəçilər!

2010-09-07

Ramazan bayramı günlərində «Müştəri Xidmətləri» ofislərimiz adi rejimdə işləyəcək.


Hörmətli abunəçilər!

2010-08-31

Həftənin premyeraları barədə məlumatı elə bu dəqiqələrdə C1 və C2 kanallarında yayımlanan qaçan sətirdən öyrənə bilərsiniz.


Hörmətli ADSL abunəçiləri!

2010-08-27

1 sentyabr tarixindən hər biriniz ayda cəmi 3 (üç) manat ödəməklə balansınızı dondura bilərsiniz. İnnən belə "Balansın dondurulması" xidməti il boyunca aktivdir. Daha ətraflı məlumat üçün "Müştəri Xidmətləri" ofislərimizə müraciət edin və ya 159 nömrəsinə zəng edin (zəng pulsuzdur).

Diqqət! Şəxsi hesabda balansının göstəricisi mənfidirsə, öncə yaranmış borcu ödəməyiniz tələb olunur.


Hörmətli ADSL abunəçiləri!

2010-08-27

Sentyabrın 1-dən ADSL-lə bağlı problemlərin texniki heyətin gəlişilə həlli müddəti 3 (üç) iş gününədək dəyişdirilib.


Hörmətli abunəçilər!

2010-08-19

Çoxsaylı xahişlərinizi nəzərə alaraq Avropa Liqasının "Qarabağ" - "Borussiya" Dortmund oyunu ZDF kanalında Bakı vaxtı ilə saat 00:05-də yayımlanacaq. ZDF kanalını müvəqqəti olaraq ATV International kanalı (birinci paket) əvəzinə izləyə bilərsiniz.


CONNECTTV1 VƏ CONNECTTV2 KANALLARININ AÇIQ YAYIMI

2010-08-16

Bugündən CONNECTTV1 və CONNECTTV2 kanalları yenidən açıq efirə qayıdırlar.
Bu kanalları izləmək üçün peyk antennanız CONNECT şirkətinin ən yaxın ötürücüsünə yönəldilməli, peyk resiveri isə aşağıdakı parametrlərə uyğun sazlanmalıdır:

Frequence 11784 MHz
Symbol Rate 31250
FEK ¾

Frequence 11826 MHz
Symbol Rate 31250
FEK ¾


Əziz müsəlmanlar!

2010-08-10

Sizi müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik edirik!
Allahdan sizin üçün xeyir-bərəkət arzulayırıq.


Hörmətli abunəçilər!

2010-08-09

Nəzərinizə çatdırırıq ki, aşağıda qeyd edilən kanalların yayımı texniki səbəblərdən digərləri ilə əvəz ediləcək:
America Plus (eng) — НТВ-ПЛЮС Баскетбол (rus)
Disney Playhouse (eng) — Детский мир (rus)
Toon Disney (eng) — Бибигон (rus)


Hörmətli abunəçilər!

2010-07-26

26 iyul tarixindən Şüvəlandakı "Müştəri Xidmətləri" ofisimiz saat 10:00-dan 19:00-dək işləyəcək.


Hörmətli abunəçilər!

2010-07-20

Elektrik stansiyasında yaşanmış qəza ilə əlaqədar İnternet təminatında müvəqqəti fasilələr yaranıb.

Narahatlığa görə üzr istəyirik.


Hörmətli abunəçilər!

2010-07-19

Profilaktik işlərlə əlaqədar olaraq 21 iyul tarixində "НТВ-Плюс" və "Триколор ТВ" paketlərinə daxil olan bütün kanalların yayımı saat 03:00-dan 13:00-dək dayandırılacaq.


Hörmətli abunəçilər!

2010-07-19

Aşağıdakı kanallar müvəqqəti olaraq bir-birilə əvəz ediləcək:

Disney (türk) -- Gameland (rus)
Cartoon Net (türk) -- Cartoon Net (rus)
SporMax (türk) -- Al Jazeera Sport (arab)
Entertaiment (türk) -- Война и мир (rus)
Action Max (türk) -- SET (rus)
Movie Max (türk) -- Дом Кино (rus)
FoxLife (türk) -- FoxLife (rus)


26 İYUN - AZƏRBAYCANIN SİLAHLI QÜVVƏLƏRİ GÜNÜDÜR!

2010-06-25

CONNECT şirkəti həmvətənlərimizi Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir və xoşbəxtlik, tərəqqi, sülh arzulayır!


Hörmətli abunəçilər!

2010-06-24

Rahatlığınız üçün bütün «Müştəri Xidmətləri» ofislərimiz 26 və 28 iyun tarixlərində adi rejimdə işləyəcək.


Hörmətli abunəçilər!

2010-06-21

Bugündən etibarən Connect TV1 və Connect TV2 kanallarının 24-saatlıq orijinal yayımı başlanıb. Qeyd edək ki, kanalların hər ikisi EPG - elektron verilişlər proqramı ilə təchiz edilib.


YAY BONUSU!!!

2010-06-15

CONNECT TV "Yay Bonusu" kampaniyası çərçivəsində 16 iyundan 16 iyul tarixinə qədər öz abunəçilərinə 128 kanalın hamısını izləmək imkanını hədiyyə edir!


Hörmətli abunəçilər!

2010-06-12

Sizin rahatlığınız üçün Müştəri Xidmətləri ofislərimiz iyunun 14-ü və 15-də aşağıdakı qrafik üzrə işləyəcək:

Zərgarpalan küç., 137
14 iyun - saat 11.00-dan 20.00-a kimi
15 iyun - saat 11.00-dan 20.00-a kimi

Şüvəlan qəsəbəsi, A.İldırım küç., 21
14 iyun - saat 12.00-dan 21.00-a kimi
15 iyun - saat 12.00-dan 21.00-a kimi

Hövsan qəsəbəsi, E.Qasımov küç., 15A
14 iyun - iş günü deyil
15 iyun - saat 09.00-dan 17.00-a kimi

"Connect Express" şöbələri həmişəki qrafiklə işləyəcək - saat 10.00-dan 20.00-a kimi

15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜDÜR!

"Connect" şirkəti azərbaycan xalqını 15 iyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edir, xoşbəxtlik, can sağlığı və tərəqqi arzulayır!



Hörmətli abunəçilər!

2010-06-12

"Connect TV" Milli Qurtuluş Günü münasibətilə Sizə iyunun 13-dən 15-ə kimi bütün kanalları açıq yayımda izləmək imkanı yaradır.


Hörmətli ADSL abunəçiləri!

2010-06-01

Yay mövsümünün gəlişi ilə əlaqədar CONNECT şirkəti yeni "Balansın dondurulması" xidmətini tətbiq edir. Artıq hər bir abunəçi ayda cəmi 2 manat ödəməklə balansını dondura bilər. Sözü gedən xidmət iyunun 4-dən avqustun 31-ə kimi qüvvədədir. Ətraflı məlumat üçün «Müştəri Xidmətləri» Ofislərimizə müraciət edin.

Diqqət! Şəxsi hesabın balans göstəricisi mənfidirsə, ilk öncə yaranmış borc ödənilməlidir.


Hörmətli abunəçilər!

2010-05-27

28 may tarixində «Müştəri Xidmətləri» Ofislərimiz adi rejimdə işləyəcək.


28 may - Respublika günüdür!

2010-05-26

«CONNECT» şirkəti Azərbaycan xalqını 28 may - Respublika Günü münasibətilə təbrik edir və xoşbəxtlik, can sağlığı və inkişaf arzulayır!


Hörmətli abunəçilər!

2010-05-26

Respublika Günü münasibətilə "CONNECT TV" 28 maydan 30 may tarixinədək Sizə bütün kanalları açıq yayımda izləmək imkanı hədiyyə edir.


Hörmətli abunəçilər!

2010-05-22

471/472/473/479/571/579 ATS-ləri tərəfindən aparılan rekonstruksiya işlərilə əlaqədar ADSL xidmətlərinin göstərilməsi və İnternetə qoşulması dayandırılıb.

Bu səbəbdən müştərilərin pul balansı dondurulub. ADSL xidmətlərinin göstərilməsi və qoşulma bir neçə günə bərpa ediləcək.


CONNECT EXPESS 2

2010-05-22

İndi Yasamalda da!

"Bizim Market"də!


Hörmətli abunəçilər!

2010-05-22

Show Sport 1 kanalının HD-yayım formatına keçidi ilə əlaqədar fəaliyyəti dayandırılıb. Onun əvəzinə Show Sport 2 telekanalının verilişləri yayımlanacaq.


Hörmətli abunəçilər!

2010-05-17

18.05.2010 tarixində profilaktik işlər aparılacaq. Bu səbəbdən İnternet və əlaqəli xidmətlərin göstərilməsində fasilələr yarana bilər.

Narahatlığa görə üzr istəyirik!


CONNECT TV - BİR AY PULSUZ ! ! !

2010-05-11

Öz peyk tünerinizi CONNECT TV tünerinə dəyişin, əvəzində isə bunları əldə edin:

- 97 kanalı 1 ay pulsuz izləmə imkanı
- Real rəqəmsal yayım
- Keyfiyyətli xidmət
- Xarici kanalların real vaxtda izlənmə imkanı
- Diqqətlə seçilmiş kontent

Daha ətraflı burada, “Müştəri Xidmətləri” ofislərimizdə və ya 159 nömrəli telefonla (zəng pulsuzdur).


CONNECT şirkəti veteranları və bütün həmvətənlərimizi Qələbə Günü münasibətilə təbrik edir!

2010-05-07

Veteranlara can sağlığı, azərbaycan xalqına isə xoşbəxtlik və firavanlıq arzulayırıq!


Hörmətli abunəçilər!

2010-05-07

Qələbə Gününün 65-ci ildönümü ilə əlaqədar “CONNECT TV” Sizə 8-10 may tarixlərində bütün kanalları açıq yayımda izləmək imkanı yaradır.


Hörmətli abunəçilər!

2010-04-21

Rahatlığınız üçün daha bir ödəniş formasını tətbiq etdik.
Aprelin 21-dən etibarən xidmətlərimizin haqqını "Komtek" ödəmə köşklərində də ödəyə bilərsiniz.


Hörmətli abunəçilər!

2010-04-18

Bəzi telekanalların 21 aprel tarixinə planlaşdırdığı profilaktik tədbirlərlə əlaqədar, onların yayımında fasilələr yaranacaq.

Saat 11:00-dək:
НТВ
Россия Культура
Россия Спорт
Hallmark
Zone Romantica
Комедия ТВ
НТВ+Кинохит
НТВ+Премьера
НТВ+Киноклуб
Живи
Jetix

Saat 12:00-dək:
Муз ТВ

Saat 13:00-dək:
ТВ Центр

Saat 15:00-dək:
ДТВ

Saat 16:30-dək:
ТНТ

Saat 17:00-dək:
РЕН

Narahatlığa görə üzr istəyirik.


Hörmətli abunəçilər!

2010-04-15

Avadanlığımızın yenilənməsi ilə əlaqədar bugün saat 14:00-dan 18:00-dək İnternetin işində fasilələr yarana bilər.
Narahatlığa görə üzr istəyirik.


RADİO

2010-04-04

Hörmətli abunəçilər!
Nəzərinizə çatdırırıq ki, artıq "Connect TV"nin bütün abunəçilərin 30 ən populyar radio-kanaldan ibarət əlavə paketə də çıxışı var.
Radiopaketə qoşulmaq üçün resiverin pultu üzərindəki "TV/RA" düyməsini basmağınız kifayətdir.
Radiostansiyaların tam siyahısı ilə burada tanış ola bilərsiniz.


CONNECT. İNDİ DƏ ŞÜVƏLANDA!

2010-04-02

Hörmətli abunəçilər!
Nəzərinizə çatdırırıq ki, daha bir "Müştəri Xidmətləri" ofisimiz Şüvəlan qəsəbəsində fəaliyyətə başlayıb. İndi müqavilə bağlamaq və ya ödənişlə bağlı şəhərə gəlməyə ehtiyac yoxdur. A.İldırım küç., 21 ünvanında yerləşən yeni ofisimizi ziyarət etmək kifayətdir.
Rahatlığınız üçün ofisimiz istirahət günləri də saat 12:00-dən 21:00-dək işləyir.


Hörmətli abunəçilər!

2010-03-30

Azərbaycanlıların Soyqırım Gününün rəsmi anım tarixi ilə əlaqədar 31 mart saat 00.00-dan 1 aprel saat 00.00-dək bütün musiqili və əyləncəli kanallar söndürüləcək.


Hörmətli abunəçilər!

2010-03-20

Nəzərinizə catdırırıq ki, martın 20-dən 27-dək "Müştəri Xidmətləri” Şöbəsi" saat 11.00-dan 20.00-a qədər işləyəcək.


Hörmətli abunəçilər!

2010-03-19

"CONNECT" şirkəti bütün həmvətənləri baharın gəlişindən xəbər verən Novruz bayramı münasibətilə təbrik edir!
Sizə möhkəm can sağlığı, xoşbəxtlik və uğurlar arzulayırıq!


Hörmətli abunəçilər!

2010-03-19

Novruz bayramı günlərində, martın 20-dən 28-dək "CONNECT TV" Sizə bütün kanalları açıq efirdə izləmək imkanı yaradır.


Hörmətli abunəçilər!

2010-03-18

Göstərdiyimiz xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə, hal-hazırda avadanlığımızın dəyişdirilməsi və yenidən qurulması ilə bağlı işlər aparılır. Bununla əlaqədar, İnternetin və əlaqədar xidmətlərin təminatı ilə bağlı qısamüddətli aravermələr mümkündür.
Müvəqqəti narahatlığa görə üzr istəyirik!


Hörmətli abunəçilər!

2010-03-12

Nəzərinizə çatdırırıq ki, 12 mart tarixindən etibarən hər bir ADSL abunəçisi tarif planını özü dəyişə bilər.
Artıq "Müştəri Xidmətləri" ofisinə gəlmək lazım deyil. Saytdakı "Şəxsi kabinet"inizə daxil olub və daha yüksək tarif planını seçməyiniz kifayət edəcək.
Daha ətraflı məlumat üçün saytımızda "Şəxsi kabinet" keçidini seçin.


Hörmətli abunəçilər!

2010-03-04

Nəzərinizə çatdırırıq ki, 5 mart tarixindən "Gecə sürəti" kampaniyasının şərtləri dəyişib.
Artıq gecələr "1 Meqabit" tarif planının istifadəçiləri üçün internetin sürəti 2 meqabitə, "2 meqabit" tarif planı üçün isə 3 meqabitə qədər yüksəldiləcək (gecə saat 2-dən səhər 12-dək).


Hörmətli abunəçilər!

2010-03-04

Nəzərinizə çatdırırıq ki, "ZONE CLUB" telekanalı yayımı dayandırıb. Bununla əlaqədar o, «Живи ТВ» kanalı ilə əvəz edilib.


Hörmətli abunəçilər!

2010-03-03

Nəzərinizə çatdırırıq ki, www.connect.az saytının yeni «Downloads» bölməsində videomaterialların arxivi xidməti fəaliyyətə başlayıb. Klassikadan ən yeni xitlərə qədər, məhəbbət melodramları və döyüş filmləri, romantik komediyalar və fantastik blokbasterlər! Bir sözlə, bütün janrlar. O cümlədən, çoxsaylı cizgi filmləri və sənədli filmlər.
Xidmət yalnız CONNECT ADSL istifadəçiləri üçündür.


Hörmətli abunəçilər!

2010-03-02

Nəzərinizə çatdırırıq ki, Nat Geo Wild kanalının dil rejimi "türk-ingilis"dən "rus-ingilis"ə dəyişdirilib.


KAMPANIYA: Fevralın 1-dən 2 MEQABİT – 30 AZN!

2010-01-29

Daha ətraflı burada!


KAMPANIYA: Fevralın 1-dən – GECƏ SÜRƏTİ 4 MEQABİT!

Daha ətraflı burada!


Hörmətli abunəçilər!

2010-01-18

20 yanvar tarixində «Müştəri Xidmətləri» ofisi saat 14:00-dan 21:00-dək işləyəcək.


Hörmətli abunəçilər!

2010-01-06

Artiq 447/448 ATS-in Hövsanda, Qaraçuxurda, Əhmədlidə və Yasamalda yaşayan abunəçiləri, həmçinin, 502 ATS-in Badamdar qəs. və 453 ATS-in Buzovna qəs.-də yaşayan abunəçiləri "CONNECT"in ADSL İnternet xidmətinə maneəsiz qoşula bilərlər.
Telefon: 159 (zəng pulsuzdur).


Hörmətli abunəçilər!

2009-12-24

Nəzərinizə çatdırırq ki:
· “Müştəri Xidmətləri” ofisimiz (Zərgarpalan küç., 137) 25 dekabr tarixində saat 09:00-dan 16:00-a kimi işləyəcək.
· "İnformasiya və Texniki Dəstək" şöbəsi həmin gün saat 10:00-dan 16:00-a qədər işləyəcək.
· “Müştəri Xidmətləri” ofisimiz (Zərgarpalan küç., 137) 31dekabr, 1 və 2 yanvar tarixlərində saat 09:00-dan 18:00-a kimi işləyəcək.
· "İnformasiya və Texniki Dəstək" şöbəsi həmin günlər saat 10:00-dan 19:00-a qədər işləyəcək.


Hörmətli abunəçilər!

2009-12-23

Yeni 2010-cu ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar, "CONNECT TV" 30 dekabrdan 4 yanvar tarixinə kimi Sizə bütün paketləri açıq yayımda izləmək imkanı yaradır.


Hörmətli abunəçilər!

2009-12-23

"СONNECT" şirkəti bütün həmvətənlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir!
Qoy yeni 2010-cu il arzularınızı çin etsin və həyatınıza rəng qatsın!


Hörmətli abunəçilər!

2009-11-25

Qurban Bayramının gəlişi ilə əlaqədar, 27-30 noyabr tarixlərində "CONNECT TV" Sizə bütün yayım paketlərini açıq yayımda izləmək imkanını hədiyyə edir.


Hörmətli abunəçilər!

2009-11-16

16 noyabr 2009-cu il tarixdən “Connect” şirkəti ADSL İnternet xidmətlərinə qiymətləri endirdi və trafiklə bağlı tarifləri ləğv etdi.
Yeni tariflərlə burada tanış ola bilərsiniz.


Hörmətli abunəçilər!

2009-11-16

Nəzərinizə çatdırırıq ki, 16 noyabr 2009-cu il tarixdən ADSL xidmətləri göstərilməsi haqqında müqavilənin yeni forması qüvvəyə minir.
Müqavilənin yeni forması ilə burada tanış ola bilərsiniz.
Xahiş edirik, Zərgarpalan küç., 137 ünvanında yerləşən abunə şöbəmizə müraciət edib, yeni müqavilə imzalayasınız (Tel.: 159).


CONNECT TV-YƏ QOŞULMAQ ÜÇÜN AVADANLIĞIN DƏYƏRİNİ HİSSƏ-HİSSƏ ÖDƏMƏK FÜRSƏTİ

2009-10-13

Ayda cəmi 6 manata
Əlavə məlumat üçün 159-a zəng edin.


YENİ KAMPANİYA 2 + 1!

2009-10-01

Oktyabrın 1-dən dekabrın 31-ə kimi
Connect ADLS-ə qoşul
2 aylıq abunə haqqını ödə
Və 3-cü ayı PULSUZ al!!!


Trafik artırılıdı

2009-09-15

Hörmətli abunəçilər !
1024/1024 limitli tarif paketində qabaqcadan ödənilmiş trafik 3 Gb, 15 sentyabr tarixindən 30 Gb kimi artırılıdı!
Əlavə məlumat üçün 159-a zəng edin!


Qiymətlərimiz azaldı!

2009-09-15

Hörmətli abunəçilər !
İndi qiymətlərimiz iki dəfə azaldı!
Sentyabrın 15-dən etibarən aşağıdakı qiymətlər qüvvədədir:

30 manat – 512 sürət 1024-dək yüksəlir
60 manat – 1024 sürət 2048-dək yüksəlir
250 manat – 2048 sürət 4096-dək yüksəlir
Əlavə məlumat üçün 159-a zəng edin!


Hörmətli abunəçilər

2009-07-01

Sizə aşağıdakı kanalların digərləri ilə əvəz olunduğunu bildirmək istəyirik:

Kuxnə TV - Telekafe

Boets - NTV Sport (Tur)

Mnoqo Tv - Kanal 2X2

Detskiy Mir – TV Tsentr

BİZƏ QOŞULUN!!!



Yeni kampaniya!

2009-06-01

Bu gündən yeni bir kampaniyaya start veririk.

Artıq 31avqust, 2009-cu ilə qədər seçdiyiniz istənilən tarif planı üçün siz yalnız abunə haqqı ödəyəcəksiniz!!!

Yalnız avqustun 31-nə kimi siz 15 manat qoşulma və 4 manat depozit haqqı ödəmirsiniz!!!

BİZƏ QOŞULUN !!!



Bayram kampaniyası!

2009-05-25

28 may Respublika Günü tarixindən Biz yeni bir kampaniya elan edirik!!!

May ayının 27-dən 28-nə keçən gecədən etibarən hər gün saat 02:00-dan 08:00-dək bizim təqdim etdiyimiz limitsiz internet planlarının sürəti CONNECT şirkəti hesabına iki dəfə artırılacaq.

BİZƏ QOŞULUN!!!



Hörmətli abunəçilər

2009-05-20

Nəzərinizə çatdırmaq istəyirik ki, artiq 18.05.09 tarixindən Siz CONNECT TV-yə yeni və münasib qiymətlərlə qoşula bilərsiniz! ! !

İndi seçdiyiniz tarif paketinə uygun cəmi 108 manat ödəməklə, siz antenna və tuneri hədiyyə olaraq əldə edirsiniz.

Bizim paketlər, sizin qoşulma müddəti 67 kanal - 12 ay, 97 kanal - 6 ay, 128 kanal - 4 ay.

BİZƏ QOŞULUN !!!



Hörmətli abunəçilər

2009-05-15

Həzərinizə çatdırırıq ki, 14 may 2009- cu ildə CONNECT TV öz əhatə dairəsini genishləndirdi.

Artıq Novxanıdada bizim xidmətlərdən istifadə edə bilərsiniz.

Əhatə dairəsi: Novxanı qəsəbəsi, Corat qəsəbəsi, Sumqayit şəhəri (cənub hissəsi, əgər Novxanı qəsəbəsi görü nürsə).

BİZƏ QOŞULUN!!!



Hörmətli abunəçilər

2009-05-12

Nəzərinizə çatdırırıq ki, CONNECT TV-nin əhatə dairəsi daha da genişləndi.

Artıq Lökbatan qəsəbəsində də xidmət göstəririk.

Bizə qoşulun.



Hörmətli abunəçilər

2009-05-10

Nəzərinizə çatdırırıq ki, mart ayının 18-də Müştəri xidmətləri saat 10:00-dan 18:00-dək, Novruz bayramı gunləri isə (20-27 mart) Müştəri xidmətləri saat 09:00-dan 18:00-dək işləyəcək.

Texniki xidmət - 24 saat ərzində

Qarşıdan gələn Novruz bayramınız mübarək!



Hörmətli istifadəçilər

2009-02-15

Nəzərinizə çatdırmaq istərdik ki, 1 mart 2009-cu il tarixindən “KONNEKT” İnternet Provayder-i limitsiz tarif planında sürəti yüksəldəcək.

30 manat- sürət 256/256 yüksəlir 512/512 -yə60 manat- sürət 512/512 yüksəlir 1024/1024 -ə250 manat- sürət 1024/1024 yüksəlir 2048/2048 -ə.

Əlavə məlumat üçün 159-nömrəsinə müraciət edə bilərsiniz.



Yeni iliniz mübarək!

2008-12-25

Konnekt Şirkətinin kollektivi və rəhbərliyi sizi səmimi qəlbdən qarşıdan gələn Yeni, 2009-cu il münasibətilə təbrik edir.

Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda və iş fəaliyyətinizdə müvəffəqiyyətlər və bütün istəklərinizin əməl olunmasını arzu edirik. Ümid edirik ki, bütün iztirab və çətinliklər gedən ildə qalır, üzümüzə gələn il bizə yalnız əmin-amanlıq və sevinc gətirəcəkdir.

Yeni İl bayramı ilə əlaqədar Konnekt Məlumat mərkəzinin (159 xidməti) və Abunə Şöbəsinin iş rejimində bəzi dəyişikliklər olmuşdur. Belə ki:

1. 26 dekabr 2008-ci il tarixində Abunə Şöbəsi saat 17:00 qədər işləyəcəkdir.

2. Yeni İl münasibətilə 31 dekabr 2008-ci il tarixdə Abunə Şöbəsi saat 09:00-dan 18:00-dək, 01 yanvar 2009-cu il tarixdə – 13:00-dan 18:00-dək, 2 və 3 yanvar 2009-cu il tarixdə – 09:00-dan 18:00-dək işləyəcəkdir. Sonrakı günlərdə Abunə Şöbəsi adi iş rejimində işləyəcəkdir.

3. Yeni İl münasibətilə 31 dekabr 2008-ci il tarixdə Konnekt Məlumat mərkəzi (159 xidməti) saat 21:00-dək, 01 yanvar 2009-cu il tarixdə – 15:00-dan işləyəcəkdir.

Sonrakı günlərdə Konnekt Məlumat mərkəzi (159 xidməti) adi iş rejimində işləyəcəkdir.



Hörmətli İstifadəçilər

2008-10-01

Hörmətli İstifadəçilər, Bütün Müsəlmanları , Ramazan Bayramı Münasibəti ilə təbrik edirik.

1 oktyabr 2008 ci il tarixindən etibarən CONNECT İnternet Provider , Sizlərə ADSL xidmətindən istifadə edilməsi ilə bağlı şok endirimlər təklif edir. Cəmi 30 manat ödəyərkən 256® sürətli limitsiz paketi əldə edə bilərsiniz.

Əlavə məlumat və dəyişikliklər haqqında sadəcə ADSL səhifəsinə daxil olub və yaxud + 994 12 510 05 10 telefon nömrəsinə zəng edib 24 saat Sizin üçün çalışan Müştəri Xidmətlərindən əldə edə bilərsiz.

Sizin zənglərinizi və təkliflərinizi səbirsizliklə gözləyirik.

Hörmətlə, CONNECT!



Hörmətli istifadəçilər

2008-02-24

Məlumat üçün Sizə bildiririk ki, “Konnekt” şirkəti tərəfindən təqdim olunan ADSL xidmətlərinin tarif planlarında bəzi dəyişikliklər edilmişdir.

Artıq Siz istənilən tarif planından istifadə edə bilərsiniz: limitsiz - 128/64, 128/128, 256/256, 512/512; limitli - 256/256, 512/512, 1024/1024, və “korporatıv” tarif planı.

Sərfəli qiymət, sabit yüksək sürət, keyfiyyətli xidmət.

BİZƏ QOŞULUN!



Hörmətli istifadəçilər

2007-12-13

Nəzərinizə çatdırırıq ki, artıq Siz aşağıda göstərilən ATS-lərdən “Konnekt” şirkətinin ADSL texnologiyası ilə İnternet şəbəkəsinə qoşula bilərsiniz:

430-431-432-433-434-438-439-440-441-449-491-493-494-495-498-510-530-560-561-562-563-564-566-567-568-569-596-598

Tez bir zamanda 470-474-475-476-570 ATS-lərində qoşulma imkanı əldə ediləcək.

Yeniliklərimizi izləyin və BİZƏ QOŞULUN!



Hörmətli istifadəçilər

2007-11-22

Böyük məmuniyyətlə nəzərinizə çatdırır ki, 2007-ci ilin noyabr ayindan "Konnekt" İnternet provayderi tərəfindən təqdim olunan xidmətlər siyahısına daha da biri əlavə olunur.

ADSL (asimetrik rəqəmli abunəçi xətti) vasitəsilə İnternet şəbəkəsinə qoşulma sürəti adi dial-up qoşulma sürətindən dəfələrlə yüksək və keyfiyyətlidir.

Eyni zamanda sizing telefon xəttinizin hər zaman sərbəst, İnternet şəbəkəsinə qoşulmanız sutka ərzində daimi və fasiləsiz, İnternet vasitəsilə hər növ məlumatların istənilən sürətlə siz ötürülüb – qəbul edə bilərsiniz.

BİZƏ QOŞULUN!



Hörmətli istifadəçilər

2007-10-01

Connect Şirkəti təqdim olunan xidmətlərin səviyyəsinin daha da artması və yüksək sürətli İnternet bağlantılarının təmin edilməsi məqsədilə istifadə etdiyi avadanlıqlarin dəyişilməsini həyata keçirmişdir.

Nəticədə Connect internet-kartlarından istifadə asanlaşmışdır – bağlantı əldə etmək üçün sadəcə kartın üzərindəki PİN və ştrix-kodu daxil etmək kifayətdir.

Bundan əlavə, bonus xalları və elektron poçt qutusunun verilməsi ləğv edilmişdir.

Hal-hazırda satışda köhnə tipli kartlarımızın bir qismi qalıb. Bu kartlar tezliklə dövriyyədən çıxarılıb, yeni tipli kartlarla əvəz olunacaqdır.



Hörmətli istifadəçilər

2006-12-16

Dekabr ayının 17-dən etibarən 5, 16 və 32 saatlıq kart nominallarına məxsus gecə 50% (saat 00:00-dan 08:00-dək) güzəştləri ləğv olunur.


Connect Şirkəti Yenilikləri Davam Etdirir!

2006-08-28

Yeni Aylıq kart nominalı Artiq Satişda! İndi Siz bir ay müddətində hər gün saat 6:00-dan 21:00-dək bu kartdan istifadə edə biləcəksiniz. Satış Nöqtələrinə Tələsin!!


Əziz Connect Istfadəciləri!

2006-05-17

Bu gündən etibarən qiymətlər düşdü! Satış nöqtələrinə Tələsin!!! Bizə Qoşulun!!!


Və qiymətlər düşməkdə davam edir!!!

2006-01-17

BİR AY kart nominalı üstə gəl PULSUZ 24 SAAT və 500 xal BONUS artıq 30 manatdır.


Hörmətli istifadəçilər

2005-12-20

BİR AY kart nominalı üstə gəl PULSUZ 24 SAAT və 500 xal BONUS artıq 200.000 (40 yeni manat) manatdır.


Hörmətli istifadəçilər

2005-07-15

Yeni BİR AY kart nominalı artıq satişdadır. Bu kartdan istifadə etdikdə əlavə olaraq Siz 24 SAAT PULSUZ İnternet əldə edirsiniz.


Hörmətli istifadəçilər

2005-05-10

Bu gündən etibarən "Connect" plastik kartlarını Bakı şəhərinin istənilən satış nöqtəsində əldə edə bilərsiniz. Satış nöqtələrinin siyahısı bizim saytda göstərilmişdir.


Son x?b?rl?r»


Nömrənin yoxlanması