Dil seçimi:

Kabinet:

CONNECT SmartHome haqda məlumat

CONNECT SmartHome sistemin imkanları

Ümumi funksiyalar

  • Bölüşdürülmüş məntiq - CONNECT SmartHome avadanlıqların yüksək etibarlılığı, ilk növbədə, sistemin bölüşdürülmüş məntiqi ilə təmin edilir. Sistemin mərkəzi modulu olmadıqdan bütün şəbəkə elementləri eyni hüquqludur və bir-biri ilə birbaşa əlaqə qururlar. Bu, yeni modul əlavə etməklə, funksionallığını genişləndirərək  sistemi asanlıqla inkişaf etdirməyə imkan yaradır.

 

 

  • Məlumatların şifrələnməsi - CONNECT SmartHome sisteminə giriş şifrlənmiş məlumat kanalı vasitəsi ilə həyata keçirilir. Məlumatların şifrələməsi bank sektorunda da istifadə olunan AES (Advanced Encryption Standard) alqoritmi  ilə həyata keçirilir.

 

 

 

  • Fərdi giriş – Ehtiyac olduqda sistem istifadəçilər arasında giriş hüquqlarını (bəzi elementlərə baxmaq və ya idarə etmək üçün) təyin etmək imkanı verir. Məsələn, uşaqların video kameralara, iqlimə nəzarət və kommunal sistemlərinə girişi məhdudlaşdıra bilərsiniz.

 

 

 

  • Statistika - Sistem sayğacların, sensorların göstəricilərini, elektrik cihazlarının istifadəsi barədə məlumatları qeyd edir.İstənilən vaxt qaz, istilik, elektrik enerji və su sərfiyyatı sayğaclarının göstəricilərini, eləcə də sensor göstəricilərini müxtəlif dövrlər üzrə qrafik şəklində baxa bilərsiniz.

 

 

 

  • Vizual nəzarət - Planşetinizdə və ya telefonunuzda olan evin, mənzilin və ya ofisin planından istifadə edərək sistemi idarə edirsiniz.Adi idarəetmə rejimi ilə yanaşı, evinizin, mənzilinizin və ya ofisinizin planında göstərilən sistem elementlərini idarə edə bilərsiniz.

 

 

 

  • İstifadəçi tənzimləmələri - Sistemimiz istifadəçiyə müəyyən sistem parametrlərini dəyişdirməyə imkanı verir. Məsələn, müəyyən bir işıq qrupunu idarə edəcək düyməni özünüz təyin edə bilərsiniz və ya tapşırdığınız vaxta uyğun asanlıqla işıqlandırmanı lazımi səviyyədə tənzimləyə bilərsiniz.

 

Işıqlandırma

 

 

  • İşıqlandırma ssenariləri – Evin işıqlandırılmasının idarəetmə sistemi bütün işıq qrupları üçün müxtəlif ssenari həllərindən istifadə etməyə imkan verir. Şirkətimiz tərəfindən təklif olunan çoxsaylı hazır ssenarilərdən əlavə olaraq, Siz şəxsi həyat tərziniz üçün və ya müxtəlif vəziyyətlər üçün, məsələn: "Səhər", "Gecə" və ya "Əyləncə" ssenariləri yarada bilərsiniz. Səs ilə və ya düyməyə bir toxunuşla uyğun işıqlandırma ssenarisini aktivləşdirərək, günün müxtəlif vaxtları üçün komfort işqlandırma yaratmaq olar.

 

 

 

  • İşıqlandırmanın avtomatlaşdırılması - İşıqlandırma sisteminin avtomatik iş rejimi müxtəlif sensorların istifadəsini tələb edir: hərəkət, işıqlılıq, qapının vəziyyəti (açılması, bağlanması).

Müvafiq ssenarinin aktivləşdirilməsi təyin olunan vaxtda və ya sensorların işləməsi ilə   işığı yandırmağa/söndürməyə imkan verir.

 

 

 

  • Ağıllı elektrik açarları - "Elektrik açarlarının bağlanması" funksiyası ilə istənilən elektrik açarının təyinatını asanlıqla dəyişdirə bilərsiniz.

İstənilən elektrik açarını elə bir şəkildə yenidən proqramlaşdırmaq olar ki, onun köməyi ilə istəyinizə uyğun evdə istənilən işıqlandırma cihazını və ya cihaz qrupunu yandırmaq və ya söndürmək mümkün olacaqdır.

Məsələn, bir elektrik açarı ilə pilləkənlərdə, yataq və uşaq otağında işığı yandıra/söndürə bilərsiniz.

 

 

 

  • Pərdələrin idarəetmə sistemi - Pərdələrin/jalyüzlərin avtomatik idarə edilməsi, pərdələri müəyyən bir vaxtda (və ya işıq sensoru işə salındıqda), misal üçün səhər açmağa və axşam bağlamağa imkanı verir.

 

 

 

  • Landşaftın işıqlandırması - Öz landşaft işıqlandırma ssenarilərinizi yarada, onları əl ilə və ya avtomatik rejimdə idarə edə bilərsiniz.

Məsələn, qaranlıq düşənəndə (əvvəlcədən müəyyən edilmiş işıqlanma həddi və ya hərəkət sensoru ilə işə salındıqda) landşaftın işıqlandırması avtomatik olaraq işə düşür.

 

 

 

  • "Mən getdim / Mən gəldim" ssenarisi - Evdən çıxarkən "Mən getdim" ssenarisi aktivləşir,  bu halda su təchizatı dayanacaq, istilik və iqlim nəzarəti sistemləri enerjiyə qənaət rejiminə keçəcək, evdə işıqlandırma və əlavə avadanlıqlar sönəcək, siqnalizasiya sistemi aktivləşəcək.

 

 

İqlim

 

  • İqlim nəzarəti - Ağıllı ev mikroiqlimə nəzarət və sistemlərin əlaqəli işləməsini təmin edir: istilik, döşəmənin istiləşməsi, havalandırma, kondisioner, havanın təmizlənməsi və nəmləndirilməsi. Bunlar isə öz növbəsində sizin üçün optimal şərait yaradır. Həmçinin, soyutma üçün qoşulmuş kondisionerin və qoşulmuş istilik sistemin eyni zamanda işləmə ehtimalını istisna edir.

 

 

 

  • Ərazinin zonalara bölünməsi - CONNECT SmartHome sistemi ilə evinizin müxtəlif zonaları üçün fərdi mikroiqlim yarada bilərsiniz. Müvafiq temperatur rejimi sakinlərin evdə olub-olmamaqlarından və ya təyin olunmuş vaxtdan asılı olaraq avtomatik olaraq yandırıla bilər.

 

 

 

  • Havalandırma sistemi - CONNECT SmartHome sistemi avtomatik olaraq otaqlardakı karbon qazının səviyyəsinə nəzarət edir. Havalandırma yalniz karbon qazının səviyyəsi müəyyən həddə çatdıqda, və ya ehtiyac olduqda əl ilə rejimində işə salınır.

 

 

 

  • Rütubətləndirmə - evinizdə rütubət səviyyəsinə nəzarət edir. Rütubət səviyyəsi təyin etdiyiniz həddən aşağı düşərsə və ya qalxarsa, sistem avtomatik olaraq işə düşür və göstəriciləri təyin edilmiş səviyyəyə uyğun bərpa edir.

 

 

 

  • Hava təmizləyicisi - toz və allergiya ilə bağlı problemləriniz olmayacaq. Hava təmizləyicisinin işləmə cədvəlini sizə uyğun tənzimləyin və evdə hava daim təmiz olacaq.

 

 

 

  • Mənzildaxili meteoroloji stansiya - Mənzildaxili meteoroloji stansiya hava şəraitinə nəzarət edir. Onun göstəricilərinə əsasən, iqlim nəzarət sistemlərinin avtomatik tənzimlənməsi və onların birgə işləməsi mümkündür.

 

 

 

 Isitmə

 

  • İstilik rejimləri – Evin istilik rejiminə nəzarət olunması sizə elektrik enerjisinə 30% -ə qədər qənaət etməyə imkan verir. Evinizi tərk edərkən "qənaət" rejimini aktivləşdirin və evdə təyin etdiyiniz minimum temperatur qorunacaqdır. Evə qayıdarkən, smartfon, planşet və ya adi telefon vasitəsi ilə "komfort" rejimini işə salın və ev lazımi temperatura qədər istilənəcəkdir.

 

 

 

  • Qızdırıcı radiatorlar - Ağıllı istilik sistemi hər otaq üçün fərdi şəkildə komfort temperaturu yaradacaq. CONNECT SmartHome sistemi yalnız otaqdakı temperaturu deyil, xarici sensorlardakı məlumatları da nəzərə alır və bu da seçdiyiniz iqlim rejimini ən dəqiq şəkildə saxlamağa imkan verir.

 

 

 

  • Döşəmə istiliyi – Siz evdə olmadıqda, sistem avtomatik olaraq enerjiyə qənaət rejiminə keçirilir, bu da enerji istehlakını kifayyət qədər azaltmağa imkan verir.

 

 

 

  • Fankoylların intelektual idarəolunması -  Bizim sistemimiz fankoyl blokların intensivliyini idarə etməyə və onların işləmə rejimlərini istəyinizə uyğun tənzimlənə imkanı yaradır.

 

 

 

  • Sistemlərin birgə işləməsi - Müxtəlif iqlim sistemləri vahid sistemə inteqrasiya olunur və bir-birini dəstəkləmək və ya tamamlamaq üçün istifadə oluna bilərlər.

Məsələn, döşəmənin istidilməsi evin isidilməsinin alternativ/əlavə rejimi kimi istifadə edilə bilər.

Qızdırıcı radiatorlar, fankoyl blokları və kondisionerlər bir vahid sistemə birləşdirilərək, evdə təyin olunmuş temperaturu təmin edirlər.

 

 

 

  • Avadanlıqların işləməsinə nəzarət - Sistem evdə mikroiqlimə və iqlim avadanlıqlarının işləməsinə nəzarət edir.

Məsələn, əgər kombiniz hər hansı bir səbəbdən sıradan çıxarsa, sistem su borularının donmasının qarşısını almaq üçün avtomatik olaraq elektrik qızdırıcını işə salır və bu hadisə barədə dərhal sizə məlumat verir.

 

 

 

 Təhlükəsizlik

 

 

 

  • Su sızmasından qorunma - Su sızmasının sensoru işə düşərsə, sistem avtomatik olaraq suyu bağlayacaq və dərhal bu barədə Sizə məlumat verəcək. Sensor məlumatları bərpa olanadək su bağlı qalacaq.

 

 

 

  • Girişə nəzarət - obyektə icazəsiz daxil olunduğu təqdirdə həyəcan siqnalı verilir.

Sistem işıq və səs siqnalını işə salır, təhlükəsizlik xidmətinə zəng edir və nəzarət kameralarından şəkil və ya videofayl məlumatlarını sizə göndərir.

 

 

 

  • Elektrik cihazlarının idarə edilməsi - Mobil telefonunuzdan istifadə edərək ütü və ya sobanı kənardan söndürə bilərsiniz.

Evinizi tərk edərkən, Ağıllı Ev sistemi söndürülməli olan bütün elektrik cihazlarını söndürür.

 

 

 

  • İnsan mövcudluğun simulyasiyası – Əgər evinizi bir müddətlik tərk etməli olursunuzsa - İnsan mövcudluğunun simulyasiyası sistemi - Ağıllı Evin müasir imkanlarının parlaq nümunəsidir. Bizim sistemimiz ev sahiblərinin mövcudluq imitasiyasını yarada bilir: işıqları yandırır və söndürür, krandan tökülən suyun səslərini, musiqini, itin yüksək səslə hürməyini səsləndirir, pərdələri açır və bağlayır.

 

 

 

  • Uzaqdan video müşahidə - İnternet vasitəsi ilə video müşahidə kameralarını idarə etmək imkanınız var.

Video yazılış mütamadi və ya yalnız hərəkət aşkar edildikdə həyata keçirilə bilər.

Video arxiv şifrəli kanal vasitəsilə uzaq serverə yüklənir. Kameralardan yazılmış görüntülərə istədiyiniz zaman baxa bilərsiniz.

 

 

 

  • Kommunal sistemlərin idarə edilməsi – Ağıllı Ev kommunal sistemlərin çalışmasına nəzarət edir.

Su, istilik, elektrik enerjisi, kondisioner, havalandırma, təhlükəsizlik, video müşahidə, internet bağlantısı və digər komunal xidmətlər ilə əlaqədar fövqəladə hallar barədə dərhal xəbərdar olacaqsınız.

 

 

 

Multiroom

 

 

  • Mərkəzləşdirilmiş idarəetmə - Ağıllı Ev sisteminə inteqrasiya edilmiş Multiroom sistemi, səs və video mənbələrini mərkəzləşdirilmiş şəkildə idarə etməyə imkanı verir. Multiroom sistemi istənilən otaqdan video və səs mənbəyini müstəqil şəkildə idarə etmək, avadanlığın harada olmasından asılı olmayaraq fərqli musiqiyə qulaq asmaq və təsvirlərə fərqli otaqlarda baxmaq imkanı yaradır.

 

 

 

  • Səsli xəbərdarlıqlar - Multiroom vasitəsilə sistem sizə daxili şəbəkəyə və ya telefona gələn zəng, sızma sensorlarının işə düşməsi və digər funksiyalara dair səsli məlumat verəcəkdir.

 

 

 

  • Səsin təqib edilməsi - Evin istənilən yerində ən sevdiyiniz musiqidən həzz alın.

Hərəkət detektoru vasitəsi ilə sistem dinləyicinin olduğu yeri qeydə alır və avtomatik olaraq daxil olduğunuz otaqda musiqini qoşur və tərk etdiyiniz otaqda onu söndürür.

 

 

 

  • AirPlay - AirPlay və DLNA texnologiyalarının dəstəyi sayəsində Multiroom sisteminin dinamikləri vasitəsi ilə smartfon və ya planşetin fayıllarından sevdiyiniz musiqini dinləyə bilərsiniz.

 

 

 

Müşahidə kameralarin idarə olunması

 

 

  • Videokameranın idarə olunması - Telefonunuz, planşetiniz və ya kompüteriniz vasitəsi ilə videokameranı uzaqdan idarə edərək, evdə baş verən hər şeyə nəzarət edə bilərsiniz. Uzaqdan real vaxt rejimində və ya yaddaşa yazılmış görüntülərə istənilən zaman baxa bilərsiniz.

 

 

 

  • Ağıllı domofon - Evinizin hər otağında daxili zəng eşidilir və video görüntü planşetinizdə, telefonunuzda və ya televizorunuzda əks olunur. İşlərinizdən ayırılmadan qonağı evə buraxa bilərsiniz.

 

 

 

  • Uzaqdan ünsiyyət - Dünyaya səyahətiniz zamanı kimsə qapınızın zəngini çaldı? Problem yoxdur! Məsələn, Fransada nahar yeməyinizdən ayırılmadan qonağınızla danışa və hətta onu içəri buraxa bilərsiniz. Vəyaxud daha sonra gəlməsini deyə bilərsiniz.

 

 

 

 Əlavə imkanlar

 

 

  • Saunanın idarə edilməsi – Saunanı uzaqdan idarə edə bilirsiniz.

Saunanın isinməsini uzaqdan qoşa bilərsiniz ki, Siz gələnə hazır olsun.

 

 

 

  • Hovuzun idarə edilməsi - Sistem hovuz avadanlıqlarının çalışmasını nəzarət aldtında saxlayacaq. Filtrasiyanı işə salacaq və təyyin edilmiş temperaturu saxlayacaq, pH dərəcəni yoxlayacaq, həmçinin buxarlanma nəticəsində hovuzda su azalırsa özü avtomatik bərpa edəcək.

 

 

 

  • Suvarma sistemi - Ağıllı Eviniz bitkilərinizə qayğı ilə yanaşır.

Sistem, torpağın nəmliyi, temperatur sensorlarını, hava stansiyasının məlumatlarını analiz edəcək və ehtiyac olduqda bitkilərin və güllərin suvarmasını işə salacaq.

 

 

 

  • Ağıllı cihazlar - Məişət avadanlıqlarınızı uzaqdan idarə edə bilərsiniz.

Məsələn, qəhvədəmləyən avtomatik qəhvəni dəmləmək üçün konfiqurasiya edilə bilər. Uzaqdan təmizləyici robotu işə sala və ya Ağıllı Evinizə ev heyvanlarınızı qidalandırmasını tapşıra bilərsiniz.

 

 

 

  • Ağıllı xatırlatmalar - Cihazınızın təqviminə vacib tarixləri daxil edin və lazımi zamanda sistem sizə qarşıdan gələn bir vacib hadisə barədə məlumat verəcək.

 

 

 

Niyə məzh CONNECT SmartHome?

CONNECT SmartHome almaq üçün beş əsas səbəb:

 

 Ən yaxşı alman keyfiyyəti: praktiklik, etibarlılıq və effektivlik

 Asan quraşdırılma, asan idarəetmə.

 Evin bütün işləri üçün unıversal bir həll

 Müştərilər üçün üstünlüklər: rahatlıq, təhlükəsizlik və enerji sərfıyyatının effektivliyi

 Mobil cihazlar üçün tətbiq dünyanın istənilən yerindən sizə idarəetmə imkanı verir

 

 

Təhlükəsiz rahat ev və biznesizin idaredilməsi üçün CONNECT-in Ağıllı Ev sistemini alın.

 

  Alman keyfiyyəti. Sistemin yüksək etibarlılığı və təhlükəsizliyi

  Çoxfunksiyalı sistem. Ssenarilər, Səsli xəbərdarlıqlar, səsin təqib edilməsi və digər funksiyalar.

  Səs ilə idarəetmə və Alexa, Siri və Google Assistant ilə inteqrasiya.

 Bulud (Cloud) bağlantısı vasitəsilə dünyanın istənilə yerindən sistemə qoşulma imkanı

 Ağıllı ssenarilər. Proqramlaşdırılmış çoxsaylı ssenarilər evinizi həqiqətən ağıllı edəcək.

 Simli sistemlər CONNECT SmartHome sistemini istənilən ofisdə, mənzildə və ya evdə quraşdırmağa imkan verir.

 Kənar sistemlər (Nest, Philips Hue, Sonos və s.) ilə inteqrasiya oluna bilən və məhdudiyyətsiz imkanlara sahib olan unikal bir sistem.

  Təhlükəsiz giriş. Şifrəli rəqəmsal kanallardan istifadə etməklə məlumatların tam qorunması təmin edilir.

  Asan quraşdırma və idarəetmə. İos, Android, Windows, Mac və Linux üçün pulsuz proqram təminatı.

 Üstünlüklər və effektivlik. 30%-dək enerji qənaəti Ağıllı Ev-ə yatırımınızı tez bir zamanda geri qaytarmağa imkan yaradır.

Kalkulyator

Aylıq abunə haqqı

Kanal paketini seçin TV xidməti sayı
Standart 112 TV Kanal
Premium 129 TV Kanal
Standart + 4K 123 TV Kanal
Premium + 4K 140 TV Kanal
İnternet sürətini seçin Sürət (Mbit/s)
İnternet ADSL
2/1 Mbit/san - 11 AZN
4/1 Mbit/san - 12 AZN
6/1 Mbit/san - 14 AZN
8/1 Mbit/san - 15 AZN
12/1 Mbit/san - 20 AZN
16/1 Mbit/san - 30 AZN
20/1 Mbit/san - 40 AZN
24/1 Mbit/san - 45 AZN
Biznes 2/1 Mbit/san - 11 AZN
Biznes 4/1 Mbit/san - 12 AZN
Biznes 8/1 Mbit/san - 15 AZN
Biznes 12/1 Mbit/san - 20 AZN
Biznes 16/1 Mbit/san - 30 AZN
Biznes 20/1 Mbit/san - 40 AZN
Biznes 24/1 Mbit/san - 45 AZN
İnternet Fiber Optik
FO-EV-4 4/4 Mbit/san - 12 AZN
FO-EV-18 18/18 Mbit/san - 15 AZN
FO-EV-20 20/20 Mbit/san - 18 AZN
FO-EV-30 30/30 Mbit/san - 20 AZN
FO-EV-35 35/35 Mbit/san - 25 AZN
FO-EV-45 45/45 Mbit/san - 35 AZN
FO-EV-50 50/50 Mbit/san - 40 AZN
FO-EV-55 55/55 Mbit/san - 50 AZN
FO-EV-60 60/60 Mbit/san - 60 AZN
FO-EV-70 70/70 Mbit/san - 80 AZN
FO-EV-80 80/80 Mbit/san - 100 AZN
FO-EV-90 90/90 Mbit/san - 130 AZN
FO-EV-100 100/100 Mbit/san - 160 AZN
FO-Biznes-4 4/4 Mbit/san - 12 AZN
FO-Biznes-16 16/16 Mbit/san - 16 AZN
FO-Biznes-18 18/18 Mbit/san - 18 AZN
FO-Biznes-20 20/20 Mbit/san - 20 AZN
FO-Biznes-25 25/25 Mbit/san - 25 AZN
FO-Biznes-30 30/30 Mbit/san - 30 AZN
FO-Biznes-35 35/35 Mbit/san - 35 AZN
FO-Biznes-45 45/45 Mbit/san - 39 AZN
FO-Biznes-50 50/50 Mbit/san - 45 AZN
FO-Biznes-55 55/55 Mbit/san - 50 AZN
FO-Biznes-60 60/60 Mbit/san - 65 AZN
FO-Biznes-65 65/65 Mbit/san - 85 AZN
FO-Biznes-70 70/70 Mbit/san - 100 AZN
FO-Biznes-80 80/80 Mbit/san - 120 AZN
FO-Biznes-95 95/95 Mbit/san - 150 AZN
FO-Biznes-100 100/100 Mbit/san - 170 AZN
FO-Biznes-150 150/150 Mbit/san - 300 AZN
Aylıq ödənəcək məbləğ 0 AZN
Güzəştli məbləğ 0 AZN