Dil seçimi:

Kabinet:

AVTOMATİZASİYA

 

 

EVİN AVTOMATLAŞDIRILMASI

CONNECT SmartHome sizə ən yaxşı evin avtomatlaşdırma seçimlərindən birini təklif edir. Bizim sistemimizin məqsədi Sizin həyatınızı asanlaşdırmaq və daha rahat etməkdir. Biz Sizə resurslara qənaət etməyə, evinizin təhlükəsizliyini artırmağa, işıqlandırmaya, iqlim idarə sistemlərinə, video və səsə tam nəzarəti təmin etməyə köməklik göstərəcəyik. Su və ya qaz sızması baş verdikdə eviniz qorunacaq. Evinizin bütün texniki sistemlərini istənilən yerdən asanlıqla və rahat idarə edə bilərsiniz. Bizim sistemimiz - gələcəyin evidir və biz onu Sizə təqdim etməkdən məmnunuq!

 

ƏSAS XÜSUSİYYƏTLƏR

 İşıqlandırma, mikroiqlim və Multiroom-un tam idarə edilməsi

Resurslara qənaət

 Səs ilə idarəetmə (Alexa, Siri, Google Home)

 Su və qaz sızmasının təhlükəsizliyi

 Təhlükəsizliyin geniş parametrləri.

 Bütün prosesləri uzaqdan idarəetmə imkanı

 

 

SƏS İLƏ İDARƏETMƏ

Məşhur və sevimli Siri, Alexa və Google Home CONNECT SmartHome sisteminə inteqrasiya edilir. Sadəcə evinizə nə edəcəyini söyləyin və həyatdan zövq almağa davam edin. CONNECT SmartHome hər şeyi Sizin əvəzinizə edəcək!

 

 

PLANLAŞDIRILMIŞ İDARƏETMƏ

Müştərilərimizin istək və tələblərinin çoxunu yerinə yetirmək üçün CONNECT SmartHome bir çox hazır ssenarilər təklif edir. Həmçinin, öz ssenarilərinizi də yaratmaq imkanınız var.

 

 

KƏNAR AVADANLIQLARIN İNTEQRASİYASI.

Ev kinoteatrı, Multiroom, video müşahidə, siqnalizasiya, giriş nəzarəti sistemi və digər sistemlər CONNECT SmartHome-un ümumi avtomatlaşdırma və idarəetmə sisteminə inteqrasiya oluna bilər. Bu imkan avadanlıqların bir-biri ilə səmərəli çalışmalarına şərait yaradır.

 

 

SİSTEMİN DƏYİŞİKLİK İMKANI

Bölüşdürülmüş məntiq sayəsində sistem asanlıqla genişlənir, bu isə bir çox fərqli cihazları qoşmağa imkan yaradır ki, bu da sistemin funksionallığını genişlənirir. İstifadəçilər mütəxəssislərin köməyi olmadan müəyyən sistem parametrlərini dəyişdirə bilərlər.

 

 

İSTİFADƏÇİ İNTERFEYSİ

App Store və Play Market-dən yüklənilən IOS və Android tətbiqləri sizə sistemi istənilən mobil cihazdan idarə etmək imkanı yaradır.

 

 

RESURSLARA QƏNAƏT OLUNMASI

CONNECT SmartHome bütün sistemləri birləşdirir,  onların müntəzəm və səmərəli işləməsini təmin edir. İlk növbədə, Enerji qənaəti işıqlandırma və mikroiqlimin avtomatlaşdırılması sayəsində əldə olunur. Sensor və elektrik cihazlarının statistikası enerji sərfiyyatını optimallaşdırmaq üçün istifadə edilə bilər.

 

 

KOMFORT

CONNECT SmartHome gündəlik işləri yerinə yetirir: lazımi vaxt işığı yandırır, unudulmuş cihazları söndürür, rahat temperatur saxlayır və s. Smartfon və ya planşet vasitəsi ilə bütün sistemləri idarəetmə imkanı sistemi daha da əlverişli edir.

 

 

 İNTERFEYS MODULLLARI

İnterfeys modulları müxtəlif cihazların vahid avtomatlaşdırma və idarəetmə sisteminə (günəş panelləri, ölçmə cihazları, istilik nasosları və s.) inteqrasiyasını təmin edir.

 

 

ÇOXMƏRTƏBƏLİ BİNALARIN AVTOMATLAŞDIRILMASI

CONNECT-in mərkəzləşdirilmiş sistemi hesablarınıza nəzarət etməyə kömək edəcək! Sistemimiz bütün hesablamaları aparacaq və sizə bütün statistikanı təqdim edəcək. CONNECT sistemi resursların səmərəli istifadə edilməsini təmin edir, vahid məlumat bazasına və idarəetmə sisteminə rahat daxil olamağa imkan verir.

 

 

21 ƏSRİN SİSTEMİ

İŞIQLANDIRMAYA, İQLİMƏ VƏ MULTİROOM-A TAM NƏZARƏT

RESURSLARA QƏNAƏT

TÜN STATİSTİKA SİZİN RAHATLIĞINIZ ÜÇÜN MƏRKƏZLƏŞDİRİLİB.

TƏHLÜKƏSİZLİK (QAZIN VƏ SUYUN SIZINTISI)

TƏHLÜKƏSİZLİYİN GENİŞ PARAMETRLƏRİ

BÜTÜN SİSTEMİ UZAQDAN İDARƏETMƏ İMKANI

 

 

İDARƏETMƏNİN VƏ NƏZARƏTİN RAHATLIĞI

Çoxmərtəbəli binanın mənzillərindəki bütün sayğacların (qaz, elektrik, su, istilik) məlumatları vahid bir məlumat bazasındadır və bu məlumatları rəhbərlik edən şirkət əldə edə bilər. Şirkət, ehtiyac yaranarsa, bütün sistemlərə uzaqdan nəzarət etmək imkanına malikdir. Məsələn, dispetçer ictimai yerlərdə işıqlandırma parametrlərini dəyişdirə və müəyyən otaqların işıqlandırmasını tənzimləyə bilər. Bu sxemlərin əksəriyyəti avtomatik olaraq yerinə yetiriləcək və sadəcə müəyyən monitorinqin aparılması lazım olacaq. Buna görə dəyişikliklər yalnız müəyyən şərtlər əsasında həyata keçiriləcək.

 

 

SAKİNLƏR ÜÇÜN KOMFORT

Android və iOS üçün rahat mobil tətbiqlər sakinlərə öz yaşayış yerini asanlıqla idarə etməyə imkan yaradır. Ağıllı binanın hər bir sakininin öz mənzilinin sayğaclarının göstəriciləri ilə bağlı bütün məlumatları əks etdirən fərdi rəqəmsal ofisi mövcuddur. Sayğacların göstəriciləri, mesajlar, hesablar və digər məlumatları görə bilərlər. Bu onlara suyun, qazın, istilik sistemin sərfiyyatını və statistikasını bilməyə və xərcləri idarə etməyə imkan yaradır.

 

 

RESURSLARIN SƏMƏRƏLİ ISTIFADƏSI EDİLMƏSİ

İstilik, havalandırma və kondisioner mərkəzləşdirilmiş idarəetmə sisteminə birləşdirilir. Bütün sistemlər maksimum səmərəliliyi təmin etmək və resursların itirilməməsi üçün işləyirlər. Məsələn, hazırda yalnız binanın istiləşməyə ehtiyac olan hissələri qızdırılır. Sistem, həmin yerdə havanın temperaturunu ölçür və buna uyğun dəyişiklik edir, ya təyin edilmiş temperatur səviyyəsini saxlayır ya da havanın istiliyi müəyyən dərəcəyə enənə qədər gözləmə rejimində qalır.

 

Sistemin imkanları:

Təyin edilmiş ssenariyə uyğun enerji sərfiyyatını tənzimləmək

Evdə kimsə olmadıqda, istiliyi azaltmaq (smartfon vasitəsi ilə və ya hər həftə avtomatik hazır ssenarini aktivləşdirərək)

Sakin gələnə qədər otağı əvvəlcədən qızdırmaq (təyyin edilmiş vaxta uyğun olaraq)

Bir neçə zonanın istiliyinə nəzarət (mənzillər üçün)

 

ELEKTRIK ENERJISI, SU, ISTILIK, QAZ SƏRFİYYATIN AVTOMATLAŞDIRILMIŞ HESABATININ APARILMASI

Sərfiyyat statistikası

Kommunal xidmətlərə görə hesabatların və hesabların əmələ gəlməsi.

Məlumatların analizi və emalı. Resursların səmərəli istifadə edilməməsinin müəyyən edilməsi və bina sistemlərinın işinin avtomatik tənzimlənməsi.

Bütün binanın resurslarının sərfiyyatına nəzarət

İstehlakçılar və idarəetmə şirkəti üçün resurs istehlakına dair veb-portal

Sistem sayğac məlumatlarını yaddaşda saxlayır və hesabatlar yaradır. O bu məlumatları alıcılara müəyyən edilmiş istifadəçilərə  göndərə bilər. Hər bir istifadəçinin şəxsi hesabı var və idarə edən şirkət mərkəzləşdirilmiş monitorinq və nəzarət sisteminə malikdir.

 

 

OTELLƏRİN AVTOMATLAŞDIRILMASI

İşıqlandırma və mikroiqlimə tam nəzarət, dəqiqliklə və asanlıqla  bütün texniki sistemləri mərkəzdən idarə edən, müasir otaqları olan bir oteli idarə etmək istərdinizmi?

Yuxarıdakı suallara "Bəli" cavabını vermisinizsə, CONNECT Smart Hotel sistemi sizin üçün ən uyğun seçim ola bilər! Ən əsas arqumentlərdən biri - bina istismar xərclərinizin azalmasıdır.

CONNECT Smart Hotel sistemi ilə hər kəs ona lazım olanı əldə edir: binanı tikən ağıllı funksiyalara sahib olan bir bina üçün ən münasib qiymət təklifi ala bilər. Otelin müdiri - prossesi tam nəzarət edə bilər (istifadə edilmiş resursların statistikası, qonaqların siyahıları, su və qaz sızması kimi hər hansı bir nasazlıq barədə xəbərdarlıq və s.). Qonaqlar isə rahatlıqdan zövq alacaqlar. Beləliklə, bu hərtərəfli uduşlu bir həlldir!

 

GƏLƏCƏYİN OTELİ

 

İŞIQLANDIRMAYA MİKROİQLİMƏ VƏ MULTİROOM-A TAM NƏZARƏT

 RESURSLARA QƏNAƏT

 SƏS İLƏ İDARƏETMƏ (ALEXA, SIRI, GOOGLE HOME)

 QAZ VƏ SU SIZINTISINDAN TƏHLÜKƏSİZLİK

AĞILLI TƏHLÜKƏSIZLIK SİSTEMİ – GENİŞ İMKANLAR.

 BÜTÜN SİSTEMLƏRİ UZAQDAN İDARƏETMƏ İMKANI

 

 

OTEL OTAQLARININ AVTOMATLAŞDIRILMASI

İşıqlandırmanın idarə olunması (qonaq otaqda olmadıqda avtomatik sönən işıqlandırma və elektrik cihazlar)

İstiliyin idarə olunması (müxtəlif istilik rejimi və enerjiyə qənaət rejiminin avtomatik aktivləşdirilməsi)

Jalüz və pərdələrin idarə olunması

Əvvəlcədən təyin edilmiş "ssenarilər", məsələn, "Səhər", "Yatmaq", "Oxumaq" və s.

Planşet vasitəsi ilə otaq sisteminə nəzarət (musiqinin və videonun rahat idarə olunması)

 

OTEL KOMPLEKSİNİN ÜMUMİ AVTOMATLAŞDIRILMASI

İşıqlandırma, istilik, qeyri-yaşayış və ictimai yerlərin kondisionerlərinin avtomatlaşdırılması sayəsində enerjiyə qənaət.

Təhlükəsizlik sistemləri: ərazinin və binanın girişinə nəzarət, video müşahidə sisteminin inteqrasiyası, suyun sızmasına nəzarət.

Bütün texniki sistemlərin fəaliyyətinin monitorinqi

 

 

OTELİN QƏBUL MƏNTƏQƏSİ

CONNECT Ağıllı Otel sistemi ilə siz çox vaxtınızı alan gündəlik xırda məsələlərin yükünü üzərinizdən götürə bilərsiniz, qonaqlara xidmət etmək üçün daha çox vaxtınız olacaq. Ən əsası -  böyük iqtisadi effekt əldə edəcəksiniz!

İstənilən vaxt, otelin bütün mühəndis sistemlərinin vəziyyəti barədə məlumat alırsınız. Sizin müdaxiləniz tələb olunmadıqca (hansı ki, siz xəbərdar ediləcəksiniz) mühəndis sistemləri avtomatik nəzarət və idarə olunur.

 

 

 

OFİSLƏRİN AVTOMATLAŞDIRILMASI

Siz bütün ehtiyaclarınıza və günümüzün tələblərinə cavab verən bir ofisə layiqsiniz! Smart Ofis sistemi ofisin gündəlik idarəetmə işlərindən azad edəcək və Siz diqqətinizi yalnız biznes işlərinizə yönəldəcəksiniz!

CONNECT Smart Ofis Sizə işıqlandırma, iqlim, təhlükəsizlik və digər texniki sistemləri asanlıqla və səmərəli idarə etmək imkanı verir: istər daxili rabitə, sayğacların məlumat statistikası, daxil olmaya nəzarət və ya mövcud olan bir çox digər funksiyalar. Sizin vacib olan işlər üçün vaxtınız artacaq!

AĞILLI OFİSİN ÜSTÜNLÜKLƏRİ

AVTOMATLAŞDIRILMIŞ VƏ RAHAT OFİS EVİ, BİNASI

BÜTÜN OFİS SİSTEMLƏRİNƏ TAM NƏZARƏT

TƏHLÜKƏSİZLİYİN ARTIRILMASI (OFİSƏ VƏ OTAQLAR MƏHDUDLAŞDIRILMIŞ GİRİŞ, İNTEQRASİYA OLUNMUŞ VİDEO NƏZARƏT SİSTEMİ VƏ S.)

QAZ VƏ SU SIZMASINDAN MÜHAFİZƏ

AĞILLI İŞIQLANDIRMA VƏ İQLİMİ İDARƏETMƏ SSENARİLƏRİ

SİZİN RAHATLIĞINIZ ÜÇÜN BÜTÜN STATİSTİKA MƏRKƏZLƏŞDİRİLMİŞDİR.

 

 

SSENARİLƏR

CONNECT Smart Office sistemi müştərilərimizin əksər ehtiyaclarını ödəmək üçün bir çox hazır ssenarilər təklif edir. Məsələn, bir düymə ilə aktivləşən "Mən getdim" ssenarisi, ofisin bütün işıqlandırmasını və avadanlıqlarını söndürür və ya enerji qənaət rejiminə keçirir. Eyni zamanda təhlükəsizlik sistemini işə salır. Baxmayaraq ki, CONNECT Smart Office çoxsaylı hazır ssenarilər təqdim edir, müştəri istənilən ehtiyaclarına uyğun öz ssenarilənini yarada bilər.

 

 

KƏNAR AVADANLIQLARIN İNTEQRASİYASI

Ofis kinoteatrı, Multiroom, video müşahidə, siqnalizasiya, girişə nəzarət sistemi və digər sistemlər CONNECT Smart Office-in ümumi avtomatlaşdırma və idarəetmə sisteminə asanlıqla qoşula bilərlər. Sistemə aşağıdakılar integrasiya edilə bilər: fasiləsiz enerji blokları, televizorlar, printerlər, su qızdırıcılarını və hətta qəhvə dəmləyəni, bu da ofisinizdəki hər bir xırda şeyə maksimum nəzarət etmə imkanı yaradır.

 

Kalkulyator

Aylıq abunə haqqı

Kanal paketini seçin TV xidməti sayı
Standart 112 TV Kanal
Premium 129 TV Kanal
Standart + 4K 123 TV Kanal
Premium + 4K 140 TV Kanal
İnternet sürətini seçin Sürət (Mbit/s)
İnternet ADSL
2/1 Mbit/san - 11 AZN
4/1 Mbit/san - 12 AZN
6/1 Mbit/san - 14 AZN
8/1 Mbit/san - 15 AZN
12/1 Mbit/san - 20 AZN
16/1 Mbit/san - 30 AZN
20/1 Mbit/san - 40 AZN
24/1 Mbit/san - 45 AZN
Biznes 2/1 Mbit/san - 11 AZN
Biznes 4/1 Mbit/san - 12 AZN
Biznes 8/1 Mbit/san - 15 AZN
Biznes 12/1 Mbit/san - 20 AZN
Biznes 16/1 Mbit/san - 30 AZN
Biznes 20/1 Mbit/san - 40 AZN
Biznes 24/1 Mbit/san - 45 AZN
İnternet Fiber Optik
FO-EV-4 4/4 Mbit/san - 12 AZN
FO-EV-18 18/18 Mbit/san - 15 AZN
FO-EV-20 20/20 Mbit/san - 18 AZN
FO-EV-30 30/30 Mbit/san - 20 AZN
FO-EV-35 35/35 Mbit/san - 25 AZN
FO-EV-45 45/45 Mbit/san - 35 AZN
FO-EV-50 50/50 Mbit/san - 40 AZN
FO-EV-55 55/55 Mbit/san - 50 AZN
FO-EV-60 60/60 Mbit/san - 60 AZN
FO-EV-70 70/70 Mbit/san - 80 AZN
FO-EV-80 80/80 Mbit/san - 100 AZN
FO-EV-90 90/90 Mbit/san - 130 AZN
FO-EV-100 100/100 Mbit/san - 160 AZN
FO-Biznes-4 4/4 Mbit/san - 12 AZN
FO-Biznes-16 16/16 Mbit/san - 16 AZN
FO-Biznes-18 18/18 Mbit/san - 18 AZN
FO-Biznes-20 20/20 Mbit/san - 20 AZN
FO-Biznes-25 25/25 Mbit/san - 25 AZN
FO-Biznes-30 30/30 Mbit/san - 30 AZN
FO-Biznes-35 35/35 Mbit/san - 35 AZN
FO-Biznes-45 45/45 Mbit/san - 39 AZN
FO-Biznes-50 50/50 Mbit/san - 45 AZN
FO-Biznes-55 55/55 Mbit/san - 50 AZN
FO-Biznes-60 60/60 Mbit/san - 65 AZN
FO-Biznes-65 65/65 Mbit/san - 85 AZN
FO-Biznes-70 70/70 Mbit/san - 100 AZN
FO-Biznes-80 80/80 Mbit/san - 120 AZN
FO-Biznes-95 95/95 Mbit/san - 150 AZN
FO-Biznes-100 100/100 Mbit/san - 170 AZN
FO-Biznes-150 150/150 Mbit/san - 300 AZN
Aylıq ödənəcək məbləğ 0 AZN
Güzəştli məbləğ 0 AZN